AXCP sədri Əli Kərimlinin yaxın ətrafından hesab edilən, partiyanın gənclər birliyinin sədri Emil Səlimin facebook-da mədh etməsi hətta cəbhəçilərin də qəzəbinə tuş gəlib. Belə ki, açıq-aşkar yaltaqlığı və məddahlığı əks etdirən həmin status həm də onu sübut edib ki, o, “liderim” dediyi Kərimlini Məhəmməd Əmin Rəsulzadədən və AXCP-nin yaradıcısı Əbülfəz Elçibəydən üstün tutub. Bununla da Ə.Kərimlini “göylərə qaldırıb”. Maraqlısı da budur ki, AXCP sədri həmin statusa , yəni ona məddahıq edən edilən fikirlərə müdaxilə etməyib, sildirməyib. Hətta həmin status saatlarla (!) səhifədə qalıb.
Lakin məsələnin daha bir ilginc tərəfi budur ki, məhz saatlar sonra bəlli status silinib və sonradan E.Səlim iddia etməyə başlayıb ki, guya onun profili “oğurlanıb”, baş verənlər ona və Ə.Kərimliyə qarşı “təxribatdır” və s.
Əksər cəbhəçilər bu statusun altından E.Səlimə ittihamlı cavablar yazmaqla, kəskin iradlarını bildiriblər
Ancaq sağlam düşüncəli ictimai rəy cəbhəçilərin bu cür hoqqalarını yaxşı bilir. Yəni belə bir qənaətə gəlmək olar ki, əslində AXCP sədrinin özündənmüştəbehliyi, təkəbbürçülüyü çoxdandır ki, onun sağalmaz xəstəliyinə çevrilib və tərəfdarları arasında itirilən nüfuzunu geri qaytara bilməyəcəyini anladığı üçün E.Səlimə belə bir statusu yazdırıb. Daha doğrusu, “nəbzi” yoxlamağa çalışıb. Amma istədiyi baş tutmayıb. Əksər cəbhəçilər bu statusun altından E.Səlimə ittihamlı cavablar yazmaqla, kəskin iradlarını bildiriblər. Bu da öz yerində. Fəqət faktlardan biri də budur ki, Ə.Kərimli nəinki M.Ə.Rəsulzadəni qəbul etmir, o cümlədən Elçibəyə qarşı antipatiya hissləri bu gün də mövcuddur.
Alınmadı...
Biz, elə də uzağa getməyərək Kərimlinin ona qarşı nə qədər utancverici, təhqirli fikirlər irəli sürməsi faktlarını yenidən sadalamağa da ehtiyac duymuruq. Ən azından, internetin axtarış mənbələrində “Yurd” qruplaşmasının rəhbəri kimi hansı oyunlardan çıxması məlumatları kifayət qədərdir. Hələ mərhum Elçibəyin zəhərlənməsi ətrafında irəli sürülən iddiaları da buraya əlavə etsək...
Bütün bunlardan sonra isə, AXCP sədrinin partiyasının gənclər birliyinin sədrinin onu mədh etməsi statusunu nəyə görə dərhal sildirməməsi aydın olur. Aydın olur ki, o bu vasitə ilə özünü nəinki AXCP-nin, ümumilikdə müxalifətin “anası” kimi sırımaq planını tətbiq etməyi düşünür. Amma göründüyü kimi, alınmadı. Hər halda, bir qədər yaşlı insanlar bu ünsürün hansı “yuvanın quşu” olduğunu yaxşı bilir və xatırlayırlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB