"Gəlin, sərt karantin rejiminin təkrarən tətbiqinə şərait yaratmayaq” ÖZƏL-MÜNASİBƏT

"Gəlin, sərt karantin rejiminin təkrarən tətbiqinə şərait yaratmayaq” ÖZƏL-MÜNASİBƏT

“Ayrı-ayrı ölkələrdə pik həddini geridə qoysa da, COVID-19-un ümumilikdə yayılma sürətində azalma yoxdur. Qlobal yoluxma sayı 3 milyon 220 minə çatdı”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

MŞ-nın sədr müavinin sözlərinə görə, narahatlıq doğuran digər hal isə, pik həddi aşan ölkələrdə yoluxma sürətinin təkrarlanacağı ehtimalıdır: “Çin də daxil olmaqla bir sıra ölkələrdən gələn acı xəbərlər Dünya Səhiyyə Təşkilatının bu yöndə xəbərdarlıqlarını ciddiyə almaq üçün əsas yaradır.

Azərbaycanda karantin rejiminin yumşaldılması "təhlükə sovuşub getdi" anlamına əsas yaratmır. Sadəcə dövlət seçim imkanı verir: 2 ay məcburi məhdudiyyətlər qoyuldu, indi şüurlu seçim anıdır. Öz hərəkətlərimizlə "sərt karantin rejiminin" təkrarən tətbiqinə şərait yaratmayaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə