"Görünən odur ki, vətəndaşlar karantin rejiminin yüngülləşdirilməsini virusun artıq təhdid təşkil etməməsi kimi başa düşürlər. Lakin, bu, belə deyil". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir: "Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Koronavirusun növbəti dalğasına yol verməmək üçün bir qədər də səbr etmək lazımdır. Mümkün qədər evdən bayıra çıxmamaq, özünütəcrid, şəxsi gigiyenanı qorumaq , kütləvi şəkildə toplaşmamaq zəruridir.
COVİD -19 uzunmüddətli virusdur. Təsadüfi deyil ki, Qərb ölkələri xəstəliyin minimum ilin sonuna qədər davam edəcəyini bildirirlər. "Evdə qalın". Evdə qalın ki, cəmiyyəti təhlükələrdən qoruyaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB