“Tarix erməni iddialarını təkzib edir” mövzusunda dəyirmi masa keçirilib

“Tarix erməni iddialarını təkzib edir” mövzusunda dəyirmi masa keçirilib
Bu gün "Tarix erməni iddialarını təkzib edir" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən layihənin rəhbəri Elman Cəfərli ideyanın hazırkı dövr üçün olduqca aktual olduğunu bildirib.

Onun sözlərinə görə, son dövrlərdə müstəqil tədqiqatçı Bəxtiyar Tuncayın apardığı tədqiqatlar nəticəsində məlum olub ki, hazırda Avropanın bir çox ölkəsində, eləcə də Ermənistanda albanlara aid çoxlu sayda ədəbi nümunənin və tərcümə əsərinin yer aldığı əlyazmalar aşkarlanıb və mətnlər on minlərcə səhifə həcmindədir: "Bu mənbələr erməni yalanlarını ifşa etmək və həqiqəti üzə çıxarmaq baxımından əvəzsiz mənbədir. Son dövrlərdə əsassız erməni iddialarının kökünü qazmaq və həqiqəti ortaya qoymaq baxımından çox sayda təkzibedilməz dəlil və faktlar üzə çıxarılıb. Lakin bu qiymətli materiallar sadəcə Azərbaycanın dövri mətbuatında dərc edilib. Bu səbəbdən də geniş dünya ictimaiyyətinin, eləcə də ölkəmizin akademik dairələrinin bunlardan xəbəri yoxdur. Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, eləcə də Qarabağın tarixinin, bu bölgənin qədim zamandan Azərbaycan xalqının dövlətçilik salnaməsinin tərkib hissəsi kimi keçdiyi tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir".

Layihənin rəhbəri həmçinin qeyd edib ki, 4 aylıq layihə çərçivəsində erməni iddialarını ifşa edən materiallar toplanılacaq və sistemləşdiriləcək, bu materiallar internet məkanında yayılacaq, müxtəlif saytlarda və elektron resurslarda yerləşdiriləcək: "Qarabağ həqiqətləri ilə bağlı materialların rus dilinə tərcüməsi və tərcümə edilən materialların internetdə yerləşdirilməsi nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə