Türk Şurasına üzv dövlətlərin Nəqliyyat nazirləri videokonfrans keçirəcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək. SİA xəbər verir ki, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov "Twitter" profilində məlumat verib.
Onun sözlərinə görə, aprelin 30-da COVID-19 pandemiyasının səbəb olduğu mövcud vəziyyəti müzakirə etmək üçün Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək.
Qeyd edək ki, artıq quruma üzv dövlətlərin liderlərinin və Səhiyyə nazirlərinin virtual formatda konfransı baş tutub.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB