Qazaxın Yuxarı Salahlı kəndi fəlakətin bir addımlığındadır - FOTOSLAYD

Qazaxın Yuxarı Salahlı kəndi fəlakətin bir addımlığındadır - FOTOSLAYD

Qazax rayonunun Kür çayı sahilində yerləşən Yuxarı Salahlı kəndi təbii fəlakətin bir addımlığındadır. SİA-nın bölgə müxbiri xəbər verir ki, Kür çayının daşması nəticəsində su kəndin əkin sahələrini yumağa başlayıb.

Hazırda yaşayış yerini içməli su ilə təmin edən artezian quyuları təhlükə altındadır. Bundan əlavə, çay suları sovetlər dönəmində inşa olunan, Kürün sağ sahilində yerləşən beton bəndi yuyub. Çayla evlərin arasındakı məsafə gün keçdikcə qısalır. Aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq təhlükə tam sovuşmayıb.

Rayon Fövqəladə Hallar Komissiyasının xətti ilə həmin ərazilərdə iri qaya daşlardan sahilbərkitmə işləri aparılıb. Rəsmi məlumatlara görə, Kür çayı son 6 ildə Salahlı kəndinin 60 ha torpaq sahəsini aparıb. Bu isə kənd təsərrüfatı ilə məşğul olan ailələrin maddi vəziyyətlərinə öz mənfi təsirini göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə