Donald Tramp miqrantların ABŞ-a iki ay müddətinə girməsini qadağan edib. Bu dövrü istənilən qədər uzatmaq olar və heç kim ABŞ prezidentinin bunu etməyəcəyinə zəmanət verə də bilməz. Düzdür, birləşmiş ştatlar prezidenti qadağaların pandemiyanın bitməsindən sonra götürüləcəyi barədə də bəyan edib. Amma Trampın "Koronavirus üzərində qələbədən sonra" ifadəsi eyni ilə "Dünya inqilabının qələbəsindən sonra" kimi bir şəkildə səslənir. Heç kim bu tarixlər haqqında heç bir təxmin edə bilməz və bunun nə vaxta çəkəcəyi də bəlli deyil.
Söhbət miqrantların infeksiyanı, xəstəliyi yaymasından getmir, halbuki, əslində elə həqiqət də budur ki, infeksiyanın yayılması məhz bu səbəbdəndir. Heç kəsin xətrinə dəyməsin, amma etiraf edək ki, virusun planetdə sürətlə yayılması qlobal dünya, sərhədlərin açılması və milyonlarla insanın evlərindən kənarda istirahət və işləmək vərdişləri sayəsində mümkün olub.
Məsələ burasındadır ki, Tramp üçün əsas məsələ heç də infeksiya və xəstəlik deyil və onu narahat edən amerikalıların özlərinin çalışa biləcəyi işləri miqrantların ələ keçirməsidir. O, hələ seçkidə qalib gəlməmişdən də əvvəl, istehsalı ABŞ-a qaytaracağına, Meksika ilə sərhəddə bir divar quracağına və miqrasiya islahatlarını həyata keçirəcəyinə söz vermişdi.
Trampın miqrasiya islahatı onsuz da lap əvvəldən düzgün nəticə verməyib. İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa qoyulması, qanunsuz miqrantlara sığınacaq verilməsinin qadağan edilməsi barədə prezident sərəncamları sərt müqavimətlə qarşılanıb. Bütün bunlar irqçiliyin və ksenofobiyanın təzahürü kimi ortaya çıxıb, baxmayaraq ki, Tramp ucuz işçi qüvvəsinin axışını məhdudlaşdırmaq istəyib və qeyd edək ki, Amerika əhalisinin bir hissəsi bu işdə onu dəstəkləyib.
ABŞ-ın siyasi sistemi belədir ki, prezident çox vaxt millət vəkillərinin və xarici hakimiyyətin müqavimətini dəf edə bilmir. Yalnız o nəyin gerçəkləşdiyini xəyal edə bilər. Təsəvvür edək ki, belə bir məqamda da koronavirus peyda olur və sərhədlər bağlanır. Bütün dünya mübaliğəsiz şəkildə bunu edir. Tramp da bundan istifadə etməkdən zövq alır. Yəni bir növ işinə yarayır. Həmkarının və partiya üzvü Don Beyerin fikrincə, Trampın qərarı "yalnız bir ksenofobik cəhddir". Heç şübhəsiz ki, Trampın əleyhdarlarına onun qərarlarına etiraz etmək artıq daha çətindir və səbəb də epidemiyadır. Amerikada demək olar ki, 50 min qurban var və bu şəraitdə sərt tədbirlər görmək tələb olunur ki, buna qarşı da kiminsə gəlməyə ən azından cəsarəti ola bilməz.
Bütün bu qadağaların, tədbirlərin fonunda Tramp bütün ölkəni ən qısa müddətdə işə göndərmək arzusundadır. Bir növ pandemiyanı bəhanə edərək sərhədləri bağlamağına haqq qazandırdıqdan sonra amerikalıların işə göndərilməsi birbaşa ABŞ prezidentinin istəyinə uyğundur. Bu Tramp üçün ideal bir mənzərədir, miqrantların girişi qadağandır, böhran və epidemiyadan güclü zərbə almış amerikalılar əvvəllər rədd etdikləri hər hansı bir işi görməyə hazırdırlar. Məhz belə bir şərait ştatlar prezidentinin tam olaraq işinə yarayır.
Ancaq məsələ burasındadır ki, bu işin də iki tərəfi, necə deyərlər iki başı var. Heç şübhəsiz ki, insanları işlə təmin etmək üçün iqtisadiyyatın hərtərəfli fəaliyyətə başlaması tələb olunur. Amma etiraf etməkdən başqa çarə yoxdur ki, dünyanın iqtisadi fəaliyyəti praktik olaraq sıfıra endirildiyi zamanda bu da mümkün deyil. İqtisadiyyatın fəaliyyətə başlaması yalnız bütün ölkələr iqtisadi fəaliyyətlərini bərpa etdikdə və sərhədlərini açdıqda mümkündür. Bu isə o deməkdir ki, miqrantlar məsələsi yenidən ortaya çıxacaq, gündəmə gələcək. Avropada da oxşar hadisələr baş verir. Avropa Birliyinin şərqə doğru genişlənməsinin ilk günlərindən etibarən hesab edirdilər ki, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya və Baltikyanı ölkələrin sakinləri istəmədikləri işlərə cəlb olunması üçün kiçik bir əməkhaqqına da razıdırlar.
Heç şübhəsiz ki, əvvəllər xaricdə işləyən bir çox insan, keçmiş həyatına qayıda bilməyəcək və evdə qalmaq məcburiyyətində qalacaq. Bir çox ölkələrdən olan miqrant işçilər vətənlərində qalmaq məcburiyyətindədirlər. Geriyə dönüş mümkündürmü? Bu gün avropalılar hələ də epidemiyanın bitməsindən sonra əvvəlki həyat tərzinə qayıtmalarını gözlədiklərini sosial şəbəkələrdə yazırlar. Ancaq onlar özləri də kifayət qədər şübhə ilə buna yanaşırlar və daha dəqiq desək yazsalar belə özləri də inanmırlar. Bəlkə də ola bilsin ki, çoxları geri dönə biləcəklər. Almaniyada deyirlər ki, Polşa və Ukrayna işçilərinin olmaması kənd təsərrüfatı üçün fəlakətdir və tibb işçiləri üçün məhdudiyyətlər də artıq qaldırılır. Sual oluna bilər ki, çalışqan almanların tarlalarda işləməyə razı olmaları üçün mövcud vəziyyət nə qədər davam etməlidir?
Epidemiya hələ bilinmir ki, nə vaxt bitəcək. Bunu indidən söyləmək absurd səslənə bilər. Belə bir proqnoz verilsə belə kimsənin inanacağını da gözləməyə dəyməz. Heç Avropanın sərhədlərinin də nə vaxt açılacağı bilinmir. Makron özü belə hesab edir ki, payıza qədər bu baş verə bilməz.
Əlbəttə ki, biznes ilk əvvəl bərpa edilməyə başlanılmalıdır. Ancaq bir çox sənaye, istehsal sahələri üçün bu bərpa olunma noqdaundan da yox, bir nokautdan sonra reallaşma deməkdir ki, burada artım gözləmək çətin məsələdir. Həkimlərin də dediyi kimi, belə zərbələrdən sonra dönməz dəyişikliklər baş verir və etiraf etmək lazımdır ki, iqtisadiyyatda, ələlxüsus biznesdə də belədir.
Nə qədər əlverişsiz, qeyri-adi və xoşagəlməz olsa belə, insanlar tədricən yeni bir vəziyyətə, bu hala alışacaqlar. Çünki insan hər vəziyyətə alışır. Əslində başqa çıxış yolu da yoxdur cəmiyyətin razılaşmaqdan savayı. Çünki, bu vəziyyətlə barışmamaq və alışmamaq daha acınacaqlı nəticələr vəd edir.
Pandemiyanın dünyanı tanınmaz dərəcədə dəyişdirəcəyi, qlobalizmin sarsıdıcı bir zərbə aldığı barədə bu gün çox danışılır. Bu əlbətdə ki, bir şişirtmədir və bu qədər də şişirdilmiş şəkildə təsvir etmək yersizdir. Qlobalizmin çox böyük dözümlülük dərəcəsi var və beynəlxalq şirkətlər həmişə mümkün qədər işçi qüvvəsinə qənaət etməyə can atacaqlar və buna görə də istehsalın daha ucuz olduğu yerə daşınmasına da çalışacaqlar.
Ancaq etiraf edək ki, bəzi pozulmuş bağları bərpa etmək artıq mümkün olmayacaq. Çünki onları başqaları əvəz edəcək. Bəli, artıq bir çox insan dəyişən vərdişlərə sahib olub. Bir çoxlarının həyata baxışları da artıq dəyişib. Digərlərininki də dəyişməkdədir. Məsələn bir çoxları, öz ölkələrində səyahət etmək imkanlarını aşkarlayıblar və indi də bu vərdişə yiyələnirlər. Şahidi olurlar və dərk edirlər ki, öz yaşadıqları yerdə, evdə belə görməli şeylər çoxdur və bu səbəbdən də hər kəs buna alışır və bununla həm də razılaşır. Bir növ koronavirus hər kəsi evə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB