"Ermənilərdən üzr istəyirəm demək, mənim babam qatildir deməkdir" - ŞƏRH ÖZƏL
“Avropalılar Osmanlı İmperiyasını məhv etmək üçün xristianların yaşadığı bir ərazidə qarışıqlıq çıxarır, kəsilən donuz başlarını məscidlərə atırdılar.Müsəlmanlar bunu xristianların etdiklərini düşünərək xristian məhəllələrinə basqın edir və beləliklə, Müsəlman-Xristian qarşıdurması başlayırdı. Avropa dövlətləri nota verirlər ki, burada xaos var, xristianlar qətlə yetirilir, buna mane olun. Lakin oradakı bəzi üsyançılara silah verərək üsyana təşviq edirdilər. Avropa dövlətləri də üsyançıların üzərinə əsgər göndərdikdə bu dəfə də xristianları qətl edirlər deyə orduları ilə müdaxilə edirdi. Əvvəlcə bu yer muxtar idi. Muxtariyyət aldıqdan sonra həmin dövlət müstəqil olurdu. Bunu yunanlara, bolqarlara və ermənilərə qarşı tətbiq edirdilər. Ancaq ən son Birinci Dünya Müharibəsi başladığı üçün bunu tətbiq etmək şansları olmadı. Erməniləri üsyana təşviq edən İngiltərə, Rusiya və Fansanın siyasətidir. Öz prizmalarından müstəqil bir dövlət qurmaq istəyirdilər. Sadəcə müharibə başladığı üçün qərbdən dəstək ala bilmədilər”. Bunu SİA-ya açıqlamasında Türkiyənin Milli Savunma Universitetinin rektoru, professor Erhan Afyoncu deyib.
Professorun sözlərinə görə, erməni köçürülməsi mümkün bir üsyan üçün deyil, yeni bir qiyamın qarşılığında alınan bir qərardır: “Dövlət öz təhlükəsizliyini təmin etmək üçün bunu etdi. Köçürülmə immiqrasiya deməkdir və bu təkcə ermənilərə qarşı tətbiq edilmir. Bir çox yerdə ölkələr öz təhlükəsizliyini təmin etmək üçün köçürmə siyasəti aparıb. Ermənilərin göndərildiyi Osmanlı torpaqlarının başqa bir hissəsi Suriya idi. Acı bir hadisədir. Yolda minlərlə insan öldü. Lakin bu, faktiki olaraq üsyana qarşı alınmış bir önləmdir. Ermənilərdən üzr istəyirəm demək, mənim babam qatildir deməkdir. Üzr istəmək sadə bir hadisə deyil. Bununla soyqırım tezislərini qəbul etmiş olursunuz. Burada soyqırım yoxdur. Müharibə və miqrasiya şəraitində ölənlər var. Ermənilər illərdir ki, böyük təzminat istəyirlər. Lakin heç kim bu cür hadisələrin yaşanmasını istəməz. Və bizlər Hər 24 apreldə ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı nə deyəcəyini gözləyirik. Ancaq erməni probleminin tarixi 1800-cü illərin sonlarında baş verən qiyamlara əsaslanır. Biz ikinci Əbdülhəmid dövründən bəri erməni məsələsini ABŞ-a izah etməyə çalışırıq. Erməni məsələsinin adətən 1915-ci ildə başladığı zənn edilir, ancaq ağırlıqlı olaraq Türkiyənin və Avropanın gündəmində yer alması 1878 Berlin sazişindən sonradır. Yəni bu məsələ 141 illik bir tarixə sahibdir. II Əbdülhəmid hakimiyyətinin çox hissəsində erməni məsələsi ilə məşğul olmaq məcburiyyətində qalıb, ancaq bu məsələdə güzəştə getməyib. Sultan məsələnin götürdüyü siyasi ölçüdən xəbərdar idi. Buna görə də içəridəki ermənilərin terror fəaliyyətlərinə qarşı sərt tədbirlər görərkən, xaricdə Qərb ictimaiyyətini məlumatlandırdı. Zaman-zaman xarici ölkələrin səfirlərini və jurnalistlərini Yıldız Sarayına dəvət edib, Osmanlı İmperatorluğunun və özünün erməni məsələsinə dair fikirlərini izah edirdi. Söylədiklərinin xarici ölkələrin qəzetlərində yayımlanmasını təmin etməyə çalışırdı”.
E.Afyoncu qeyd edib ki, bu mövzunu Türkiyənin İkinci Əbdülhəmid dövrü mövzusundakı ən əhəmiyyətli mütəxəssislərindən Vahdettin Enginin "Qurtlar süfrəsindəki Osmanlı" adlı kitabından istinad edirik: “Sultanın erməni məsələsi haqqında əcnəbiləri maarifləndirməyə yönəlmiş fəaliyyətlərindən biri də Amerika səfirini qəbul edərək ona erməni məsələsinin danışması idi. Amerikalı səfir Terel daha sonra II Əbdülhəmid ilə bu görüşü 1897-ci ilin noyabr ayında "Century Magazine" qəzetində dərc edir. Məqalədə deyilir: “1897-ci il martın 19-da salamlıq mərasimi izləmək üçün Yıldız Sarayına getdim. Mərasimdən sonra iki saata yaxın padşahın yanında oldum. Sultan erməni millətinin Osmanlı İmperiyasında onlara edilən yaxşı rəftar haqqında çox şey söylədi. Bu söylədiklərinin Amerika ictimaiyyətinin də bilməsini istədiklərini bildirdi. Görüşümüz zamanı Sultan Əbdülhəmid İngilis millət vəkili ser Simith Bartenin erməni qiyamı zamanı etdiyi hərəkətlər haqqında doğru bir ifadədən istifadə etməsindən çox məmnun olduğunu bildirdi. Sonra "Ümidvaram Amerika ictimaiyyətinə həqiqəti söyləyəcəksən" dedi və ermənilərlə bağlı bəzi məlumatlar verdi”.
Görüş zamanı II Əbdülhəmid ABŞ səfirinə ermənilər haqqında bunları danışdı: “Anadolunun fəthi zamanı monqollar və iranlıların hücumlarına məruz qalan ermənilər toplu şəkildə Osmanlı ölkəsinə köç etdilər və Osmanlı sultanlarının himayəsinə girdilər. Ermənilər Osmanlı sultanları tərəfindən mərhəmətlə qarşılandı və lazımi tolerantlıq göstərildi. Həyatlarını və mallarını qorumaq üçün hər şey edildi. Osmanlı sultanları yürüş edərkən və fəthdə olduqları zaman ticarət xristianlar, xüsusən də ermənilər üçün qaldı. Müsəlmanlar Allahı yeganə yaradıcı olaraq tanıyan heç bir dinə müdaxilə etmədikləri üçün xristianların da dinlərinə qarışmadılar. Beləliklə, ermənilər mal, əmlak və sərvət toplamaq imkanı əldə etdilər. 400 ildir Osmanlı rəhbərliyindən məmnun bir şəkildə yaşayırlar.
Osmanlı ölkəsində sərraflıq və iltizam həmişə ermənilər tərəfindən həyata keçirilir. Bu dövrdə ermənilər öz dinlərini qoruyub saxlaya bildilər, əsrlər boyu qədim kilsə və monastırlarda sərbəst şəkildə dini ayinləri yerinə yetirə bildilər və lazım gəldikdə yeni kilsələr açdılar. Hökumətlər həmişə erməni patriarxlarının bütün şikayətlərini dinlədilər və məzhəbləri daima qorundu".
Türkləri qatil kimi göstərməyə çalışırlar
Görüş zamanı ABŞ səfiri II Əbdülhəmidə bu cavabı verdi: "Ermənilərin üsyan etməklə türkləri qisas almağa sövq edib xristian aləminin mərhəmət və şəfqətini üzərlərində toplamağa, beləliklə türkləri mərhəmətsiz, qəddar qatillər olaraq göstərməyə çalışdıqlarına dair ən böyük missionerimiz tərəfindən göndərilən xəbərlər Amerika hökuməti tərəfindən İndependent qəzetinin Yanvar 1893 tarixli nüsxəsində yayınladılıb". Ayrıca bunu da əlavə etdim: “Hökumətim Şərq məsələsinə qarışmaq istəmir, baxmayaraq Anadoluda edilən hücumları təkcə müsəlmanlar etmir, həm də xristianların bu cür cinayətlərlə məşğul olduqlarını söyləyirlər. Ermənilərin qırğınının sizin zat-aliləriniz tərəfindən sifariş olunduğu barədə heç bir fikir bildirmədim. Ancaq qarşılıqlı savaşın təkrar olarsa, Osmanlı Dövlətinin də zərər görəcəyinə inanıram. Amerika və İngilis yazıçıları müsəlmanların dözümlülüyünü tərifləyirlər. Keçmişdə də Yerusəlimdə 72 min insan, kişi-qadın və uşaq təslim olmaqlarına baxmayaraq Duke Godefroy tərəfindən vəhşicəsinə qılıncdan keçirildi. Daha sonra şəhəri geri alan Səlahəddin Eyyubi əleyhdarlarına qarşı çox humanist idi və əsgərlərə fidyə verməklə özlərini xilas etmək imtiyazını verdi. Dəməşqdə sizin icazənizlə o böyük hökümdarın məqbərəsinə girdiyimdə, onun göstərmiş olduğu şəfqət və mərhəmət xatirimə gəldi. Onun xaçlıların zülmlərinə qarşı göstərdiyi insani rəftara hörmətimdən papağımı çıxardım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB