"Karantin rejimi mərhələli şəkildə yumşaldıla bilər" ÖZƏL-MÜNASİBƏT

"Karantin rejimi mərhələli şəkildə yumşaldıla bilər" ÖZƏL-MÜNASİBƏT

“İndiyə qədər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəbul edilən bütün qərarların başlıca məqsədi vətəndaşların sağlamlığını qorumaqdır”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı karantin rejiminin yumşaldılması ilə bağlı dövlətin atdığı addımlara münasibət bildirərkən deyib.

“Əgər vəziyyət yaxşılığa doğru gedərsə, təbii ki, karantin rejimi mərhələli halda yumşaldıla bilər. Yox, əgər vəziyyət kəskinləşərsə, o zaman karantin rejimi sərtləşdirilə bilər. Alınan qərarlar şəraitə uyğun olaraq qəbul edilir. Hesab edirəm ki, vətəndaşlar da karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər ki, vəziyyət normallaşmağa doğru getsin və ölkə normal həyat axarına dönsün”, - deyə, M.Qasımlı fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə