“Bəs Qarabağ?!” adlı tarixi-elmi müsabiqə elan edilib

“Bəs Qarabağ?!” adlı tarixi-elmi müsabiqə elan edilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı "Bəs Qarabağ?!" adlı tarixi-elmi müsabiqə elan edir. Qurumdan SİA-ya verilən xəbərə görə müsabiqəni keçirməkdə məqsəd tariximiz və ümdə problemimiz barədə gənclərimizin tutarlı faktlara dayanan biliklərə yiyələnməsi və paylaşılmasıdır.

Müsabiqə həyata keçirilən ilk gündən AGAT Avropadaki əməkdaşlıq fəaliyyətindən istifadə edərək, layihə və əldə olunan real nəticələr haqda məlumat yayacaq, tarixi həqiqətlərimizi lokal şəbəkələrə ötürməkdən əlavə, beynəlxalq şəbəkələrə də çatdıraraq layihənin əsas məqsədinə doğru irəliləyəcəkdir.

Bundan başqa müsabiqə zamanı ərsəyə gələn materiallar Azərbaycan gəncinin xaricdə təbliğatı üçün məlumat toplusu olaraq istifadə olunacaq və paylanacaqdır. Materiallar gənclərin konfilktə daha fərqli aspektdən yanaşmaları, yeni, eyni zamanda daha real həlli yolları və Azərbaycanın ədalətli səsinin çatdırılması istiqamətində olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə