Azərbaycan, Rusiya və Çin birgə film çəkəcəklər

Azərbaycan, Rusiya və Çin birgə film çəkəcəklər

Azərbaycanda səfərdə olan Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin bu gün səfərinin məqsədi və keçiriləcək layihələrlə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, qurum prezidenti Azərbaycana "Space" telekanalın prezidenti Vaqif Mustafayevin dəvəti ilə gəldiyini bildirib.

Azərbaycan, Rusiya və Çinin iştirakı ilə bədii filmin çəkilməsi üçün V.Mustafayevə təklif verdiklərini deyən V.Ruzin qeyd edib ki, əsas məqsəd Avrasiya Televiziya və Radio Akademiyası tərkibində olan ölkələr arasında mədəni-sosial əlaqələrin genişləndirilməsidir. Akademiyanın ən fəal üzvlərinin Azəbaycan, Rusiya, Çin və Ukraynanın olduğunu dilə gətirən Ruzin vurğulayıb ki, humanitar əlaqələr inkişaf etməsə, siyasi əlaqələrin də yaxşı perspektivi olmayacaq: "Humanitar əlaqələri elə bir səviyyəyə çatdırmalıyıq ki, ölkə başçıları arasında əlaqələr də yaxşı olsun. Bu bizim ölkələrin strateji məqsədlərinə uyğundur".

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti 11-12 may tarixlərində Sevastopol şəhərində Böyük Vətən Müharibəsinə həsr olunan kino festivalının keçiriləcəyini deyib. O, "Space" telekanalın rəhbərliyinin də bu festivalı dəstəklədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə