"Yumlaşmadan istifadə edib özümüzdə arxayınlıq yaratmamalıyıq" RƏY-ÖZƏL

"Yumlaşmadan istifadə edib özümüzdə arxayınlıq yaratmamalıyıq" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ciddi əhəmiyyət kəsb edən tədbirlər Azərbaycanı bəşəriyyəti bürüyən koronavirus bəlasından az itki verməklə sığortalaya bilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Son statistik məlumatların ümidverici olduğunu deyən deputat söyləyib ki, Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayının az olması fonunda sağalanların sayının çoxalması nikbinlik doğurur: “Böhran zamanı, fors-major vəziyyətlərində hər bir dövlət başçısının liderlik keyfiyyətləri özünü göstərir. Bu baxımdan Prezident İlham Əliyev bütün çətin vəziyyətlərdə olduğu kimi pandemiya ilə mübarizədə də özünün potensialını, istedadını və səfərbəredici idarəetmə imkanları yüksək səviyyədə nümayiş etdirdi. Həyata keçirilən tədbirlər müəyyən yumşaldıcı tədbirlərin reallaşmasına şərait yaratdı”.

O bildirib ki, yumlaşdıcı tədbirlər pandemiyanın tamamilə sovuşduğu anlamına gəlməməlidir: “Dünya miqyasında koronavirusla bağlı gedən prosesləri izləyərkən bir daha əmin oluruq ki, virusla ehtiyatla davranmaq lazımdır. Hətta bəzi ölkələrdə virusla bağlı ikinci dalğanın başladığı da deyilir. Bu baxımdan bizim arxayın olmağa əsasımız yoxdur. Hər bir Azərbaycan vətəndaşı ölkədə tətbiq olunan qaydalara ciddi şəkildə fikir verməli və əməl etməlidir”.

F.Ağamalı qeyd edib ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın vermiş olduğu tövsiyələri tərəddüd etmədən həyata keçirməlidir: “Yaxınlarımızı, xalqımızın ayrı-ayrı təbəqələrini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Ehtiyac olmadan küçəyə çıxmaq lazım deyil. Verilən təlimatlara uyğun hərəkət etməliyik. Hər kəs anlamlıdır ki, bəladan qorunmağın yeganə üsulu sosial təcrid, gigiyenik qaydalara əməl etməkdir. Ona görə də, yumlaşmadan istifadə edərək özümüzdə arxayınlıq yaratmamalıyıq. Yalnız belə halda biz bu bəladan az itki ilə tam şəkildə canımızı qurtara bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə