"Ölkədən kənarda da hər kəs bizi təqdir edir" ÖZƏL-MÜNASİBƏT

"Ölkədən kənarda da hər kəs bizi təqdir edir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın koronavirusla, ümumbəşəri bəla ilə mübarizə üsulu bu gün az qala bütün dünya üçün “yol xəritəsidir””. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, ölkədən kənarda da hər kəs bizi təqdir edir, hamı görülən müsbət işləri qiymətləndirir, Azərbaycanın düzgün yol seçdiyini xüsusi eyhamla bildirir: “Bircə radikal müxalifət və “5-ci kolon” adlandırdığımız qüvvələr reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər, bütün müsbət gedişatları görməzdən keçirlər. Niyə? Çünki hətta koronavirusa da öz maraqları kontekstindən baxırlar. Tək arzuları, istəkləri budur ki, vəziyyət kəskinləşsin, ölüm sayı çoxalsın, əhalinin iqtisadi vəziyyəti pisləşsin və məlum durumdan da bacara bildikləri qədər istifadə eləsinlər.

Azərbaycan hakimiyyəti isə belə bir şansı həmin nadürüstlərə tanımır, onların arzusunu gözlərində qoyur. Hər zaman olduğu kimi. Radikal məxluqlar, anti-Azərbaycan qüvvələri hələ də fərqində deyillər ki, xalq və rəhbərin birliyi, həmrəyliyi olan yerdə nəinki koronavirus, onun yüz qatı belə bizləri məğlub edə, sarsıda, yıprada bilməz. Həmin xəyalpərəstlər, “Milli şura”nın qaraçı ideoloqları bax bu dediyimin fərqinə vardıqları gün öz siyasi fiaskolarını görəcəklər və anlayacaqlar. Gecindən də olsa”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə