Azərbaycan koronavirusa öz lideri İlham Əliyevlə qalib gəlir! Pravda.ru FOTOLAR

Azərbaycan koronavirusa öz lideri İlham Əliyevlə qalib gəlir! Pravda.ru FOTOLAR

COVID-19 adlı yeni tip koronavirusun dünyaya sürətlə yayılmasının ardınca, onunla effektli mübarizə məsələləri ətrafında ciddi fərqlər də görünməyə başladı. Əsasən, onun yayılmasının qarşısının alınması istiqamətində bir sıra ölkələr necə deyərlər, gec tərpəniş göstərdilər və zamanında verilməyən reaksiya istənilməyən nəticələrə - kütləvi yoluxmalarla yanaşı, həm də ölüm hallarının artmasına səbəb oldu. Çox az ölkələr oldu ki, onlar pandemiya dövründə soyuqqanlılıq nümayiş etdirməklə yanaşı, həm də operativ qərarlar qəbul edib, təhlükəli infeksiyanın qarşısına sədd çəkməyi bacardılar. Belə ölkələr arasında ən çox nümunə göstərilənlərdən biri və birincisi məhz Azərbaycan oldu.

Artıq bir sıra xarici mətbuat səhifələrində ölkəmizdə COVID-19-la mübarizə reallığında atılan addımların effektliyi ətrafında yazılar, informasiyalar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb və Azərbaycanda pandemiyanın qorxulu epidemiya həddinə keçidinin qarşının qətiyyətlə alınmasının nümunələri bu gün də göstərilməkdədir.

“Hələ koronavirus pandemiyasına qədər Azərbaycanda demək olar ki, həyatın bütün sahələrini əhatə edən böyük islahatlar anonsları verildi və qısa zamanda həmin islahatlar həyata keçirildi”

Rusiyanın nüfuzlu pravda.ru nəşri Azərbaycanda COVID-19-la mübarizə haqqında geniş təhlilli məqalə ilə çıxış edib. Məqalədə qeyd olunur ki, koronavirus bütün dünya üçün bir çağırışdır. Çünki o hətta elə iqtisadiyyatlara ağır zərbələr endirdi ki, həmin iqtisadiyyatlar dünənə qədər məğlubolmaz, dağılmaz kimi görünürdülər. Rusiya nəşri həm də qeyd edir ki, bu sınaqdan çıxmaq heç də asan deyil və hansı ölkənin həyat sferasında, ilk növbədə səhiyyə sistemində boşluqlar olubsa, həmin ölkələr ciddi təhlükələrlə qarşı-qarşıya qalıblar.

“Biz görürük ki, COVID-19-la mübarizədə hər dövlətin öz nəzəriyyəsi, yanaşma tərzləri və fəaliyyəti var. Əlbəttə ki, hazırda hər ölkə öz vətəndaşlarına böhran vəziyyətində iş qabiliyyətini nümayiş etdirir. Onun effektliyi və xalqın inamı – uğurlu gələcək üçün əhəmiyyətli məsələdir”, deyə adıçəkilən nəşr yazır və qeyd edir ki, postsovet məkanında koronavirus pandemiyası ilə bağlı situasiya müxtəlif cür inkişaf edir. Belə ki, ÜST-ün statistikasına görə, məhz postsovet məkanındakı vəziyyət Avropa və ABŞ-dan daha optimistliklə seçilməkdədir.

SİTAT: “Regionda güclü və sabit iqtisadiyyata malik aparıcı dövlət olan qonşu Azərbaycanın nümunəsi maraqlıdır. Hələ koronavirus pandemiyasına qədər Azərbaycanda demək olar ki, həyatın bütün sahələrini əhatə edən böyük islahatlar anonsları verildi və qısa zamanda həmin islahatlar həyata keçirildi”.

Nəşrin məqaləsində həmin faktorlar ayrı-ayrılıqda göstərilib:

Neft sektorunun inkişafı ölkənin iqtisadi inkişafının əsas prioriteti olaraq, iqtisadiyyatın stabilliyinə böyük təminatlar verdi, əhalinin işə düzəlməsi, məşğulluq məsələləri müsbət həllini tapdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatı ilə mübarizəyə ciddi önəm verildi və bu informasiya texnologiyalarının dövlət oraqnlarındakı şəffaflığını təmin etdi, eləcə də, əhaliyə xidmət məqsədi ilə mərkəzləşdirilmiş elektron-məlumat sistemi yaradıldı və bu iş dövlət başçısı tərəfindən verilən tapşırığa əsasən təkmilləşdirilməklə yanaşı, hazırda da davam etməkdədir.

Bütün bu islahatlar və görülən ölçülər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasına hesablanıb.

“Azərbaycan dövləti birmənalı olaraq öz daxili resursları hesabına pandemiya ilə mübarizədə bütün iqtisadi sferalarda effektli ölçü planlarını icra edir”

Qeyd olunur ki, bu hazırlıq həm də ölkədə koronavirusla aparılan uğurlu mübarizənin təminatı kimi də görülə bilər. “Bu gün Azərbaycan dövləti birmənalı olaraq öz daxili resursları hesabına pandemiya ilə mübarizədə bütün iqtisadi sferalarda effektli ölçü planlarını icra edir.

Pravda.ru Prezident İlham Əliyevin qərarı ilə Nazirlər Kabineti yayında Operativ qərargahın yaradılmasından başlayır:

Kütləvi yoluxmaların qarşısının qalınması üçün praktiki olaraq dərhal respublika daxilində əhalinin yer dəyişməsi vəziyyəti nəzarətə götürülür.

Təhsil prosesi, bütün kütləvi tədbirlərin vaxtı dəyişdirildi, ticarət və əyləncə obyektərinin fəaliyyəti dayandırıldı.

Konkret hallarda əhalinin müəyyən edilmiş vaxt çərçivəsində çölə çıxmaları üçün xüsusi karantin rejimi tətbiq edildi. Bakı metripolitenin işi dayandırıldı, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altında iqtisadiyyatın bütün sektorlarına bağlı olan geniş spektrdə tədbirlər həyata keçirildi. Onların arasında iş yerlərinin saxlanılmasını, sahibkarlara fərdi maliyyə dəstəyini, o cümlədən vergi ödənişlərində sadələşdirməsini, sahibkarlara vergi tətillərinin və imtiyazların verilməsini, kreditləşmənin stimullaşdırılmasını və ən əsası - əhaliyə birbaşa sosial dəstəyin verilməsini göstərmək olar.

Bundan əlavə, bu gün dünyada pandemiyadan qorunmaq üçün vasitələrin çatışmazlığı mövcud olsa da, Azərbaycan müstəqil şəkildə ölkəsinin əhalisini bütün qoruyucu vasitələrlə təmin etmək iqtidarındadır.

Rusiya nəşri Heydər Əliyev Fondunun xüsusi karantin rejimində başlatdığı “Biz birlikdə güclüyük” sosial aksiyasına da toxunaraq, aztəminatlı ailələrə 100 mindən çox qida məhsulları qutularının paylanılması barədə məlumat verib

Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskaların istehsalı üçün müəssisə açıldı. Müəssisə gün ərzində 250 min həcmində tibbi maska istehsal etmək gücündədir. O cümlədən, respublikada kifayət qədər miqdarda tibbi spirt, dezinfeksiyaedici məhsullar və s. vasitələr istehsal olunur. Bununla yanaşı, pandemiya dövründə həmin məhsulların xaricdən idxalı da minimuma endirilib.

Virusun müntəzəm diqanostikası üçün, ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən idarə olunan Heydər Əliyev Fondunun dəstəyi ilə respublikada müasir avadanlıqlara təchiz edilmiş və müvafiq ləvazimatlarla təchiz edilmiş 18 müasir laboratoriya fəaliyyət göstərir.

Koronavirusa yoluxanlar üçün və pandemiya ilə mübarizə məqsədi ilə açılmış, avadanıqlarla təchiz olunmuş 575 yerlik səhiyyə ocağı da atılan mühüm addım olaraq qiymətləndirilir.

Rusiya nəşri Heydər Əliyev Fondunun xüsusi karantin rejimində başlatdığı “Biz birlikdə güclüyük” sosial aksiyasına da toxunaraq, aztəminatlı ailələrə 100 mindən çox qida məhsulları qutularının paylanılması barədə məlumat verib.

Artıq bu gün ölkədə infeksiyaya yoluxanların dinamikası sağalanların sayından azdır

SİTAT: “Bu, Azərbaycanda qısa müddətdə həyata keçirilən tədbirlərin yalnız az bir hissəsidir. Ona görə də, inamla demək mümkündür ki, Azərbaycan öz lideri İlham Əliyevlə koronavirusa qalib gəlir. Artıq bu gün ölkədə infeksiyaya yoluxanların dinamikası sağalanların sayından azdır. O da elan olunub ki, mayın 4-dən ölkə mərhələli şəkildə xüsusi karantin rejimindən çıxmağa başlayacaq.

Əlbəttə, koronavirus pandemiyası Azərbaycanın iqtisadiyyatına ciddi ziyan vurub. Ancaq buna baxmayaraq, ölkə rəhbərliyi vaxtında ölçülər götürdü və vətəndaşlarının sağlamlıqlarının mühafizəsi, təhlükəsizliyi üçün addımlarını atdı. Bundan əlavə, tətbiq edilən bütün tədbirlər pandemiyanın neqativ təsirlərinin azaldılmasına, milli iqtisadiyyatın pandemiyadan sonrakı inkişafına hədəflənib”.

“Bu cür zəmanətli uğur təcrübəsinin əsasında ölkə rəhbərliyinin açılımı, iqtisadiyyatın şəffaflığı, ictimaiyyətin Prezident ətrafında sıx birliyi və konsolidasiyası, ortaq hədəflər naminə biznes-cəmiyyətin və hakimiyyətin anlaşması dayanır”

“İlham Əliyevin uğurları ÜST-ün baş direktoru Tedros Adxan tərəfindən də qiymətləndirilib. Azərbaycanın apardığı işə yüksək qiymət verilib və nümunə olaraq göstərilib”, deyə yazan Rusiya mətbuatı aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə video-konfrans şəklində keçirilən Türkdilli ölkələr şuranın sammitini də xatırladıb və qeyd edib ki, sammit koronavirus pandemiyasına həsr olunub.

Nəşr onu da qeyd edir ki, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə həm də sədri olduğu Qoşulmama hərəkatının video-konfransı keçiriləcək. Hərəkatın sammiti kontakt qrupu formatında “Bizim hər birimiz COVID-19-a qarşıyıq” mövzusunda baş tutacaq.

SİTAT: “Azərbaycan şübhəsiz ki, pandemiyanın iqtisadi subyektlərin fəaliyyətinə neqativ təsirlərinin qarşısının alınması üçün nümunə oldu. Bir çox öölkələr artıq Azərbaycanın təcrübəsindən istifadə edirlər. Belə ki, bu cür zəmanətli uğur təcrübəsinin əsasında ölkə rəhbərliyinin açılımı, iqtisadiyyatın şəffaflığı, ictimaiyyətin Prezident ətrafında sıx birliyi və konsolidasiyası, ortaq hədəflər naminə biznes-cəmiyyətin və hakimiyyətin anlaşması dayanır. Və burada “Biz birlikdə güclüyük!” şüarı hakimiyyətin və bütün ölkə vətəndaşların birliyini nümayiş etdirir. Bu, təhlükə qarşısında belə bir anlam yaradır ki, yalnız birgə güc vasitəsi ilə çətinliklərin öhdəsindən gəlmək mümkündür”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə