Rusiyanın təklifi qəbul olundu Zirvə görüşü keçiriləcək

Rusiyanın təklifi qəbul olundu Zirvə görüşü keçiriləcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin liderləri arasında virtual Zirvə görüşünün keçirilməsi ilə bağlı razılıq əldə etdiklərini açıqlayıb. SİA xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Lavrovun video konfrans vasitəsilə Rusiya, ABŞ, Fransa, Çin və İngiltərə liderləri arasında keçiriləcək sammitdən danışıb.

Nazir bildirib ki, hazırda Böyük Beşlik koronavirusla mübarizəyə birgə töhfə vermək barədə düşünür. Bu məqsədlə video konfrans təşkil etmək haqda razılıq əldə edildiyini əlavə edən Lavrov Zirvə görüşünün hansı tarixdə həyata keçiriləcəyinin müəyyən olmadığını deyib.

Eyni zamanda Lavrov bütün üzvlərin Rusiya Prezidenti Vladimir Putinin üzbəüz Zirvə görüşü təklifini dəstəklədiyini və görüşlə bağlı son təsdiqin İngiltərə tərəfindən edildiyini açıqlayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə