"Ermənistan separatçı rejim kimi bədnam qonşularımız var" ÖZƏL-MÖVQE

"Ermənistan separatçı rejim kimi bədnam qonşularımız var" ÖZƏL-MÖVQE

"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün karantin dövrü ərzində ölkənin bütün ərazilərində bütün qoşun növlərinin taktiki-praktik, komanda-qərargah və digər təlimlərini keçiriblər. Bu gün Azərbaycan Ordusunun döyüşçüləri müharibə sənəti bacarıqlarını inkişaf etdiriblər". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu gün ölkənin bütün sahələri kimi ordu quruculuğuna xüsusi diqqət var: "90-cı illərin əvvəllərində hakimiyyətdə olan səriştəsiz insanların ucbatından torpaqlarımızın 20 faizi Ermənistan separatçıları tərəfindən işğal edilib. BMT-nin 4 qətnaməsinə baxmayaraq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan separatçı rejim tərəfindən işğal altında saxlanılır. Eyni zamanda koronavirus pandemiyası dövründə karantin rejimin qorunması ilə bağlı polislərimizlə birlikdə əsgərlərimiz də böyük şücaət göstərirlər. Bundan əlavə Milli Ordumuz döyüş təlimlərini də davam etdirir. Çünki biz unutmamalıyıq ki, Ermənistan separatçı rejim kimi bədnam qonşularımız var. Hər il dünyanın nüfuzlu beynəlxalq təşkilatların açıqlamasında ölkəmizin iqtisadi göstəriciləri ilə yanaşı Azərbaycan ordusu döyüş hazırlığına və hərbi texniki bazasına görə yüksək pillələrə doğru yüksəldiyi qeyd edilir. Əlbəttə ki, bu cənab Prezidentimizin və dövlətimizin ordumuzun möhkəmləndirilməsi istiqamətində zamanında atdığı addımlar sayəsindədir. Məhz cənab Prezidentin qayğısı sayəsində bu gün silahlı qüvvələrimiz güclü ordular sırasındadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə