XİN: “Kerolayn Koks işğal altında olan Dağlıq Qarabağa səfər etsə...”
Azərbaycanın Xarici İşlər Nazirliyi Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Ermənistana səfərini izləyir. SİA-nın xəbərinə görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. O, qeyd edib ki, K.Koksun Ermənistana səfəri onun şəxsi işidir: "Lakin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koks emənilər tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağa səfər etsə təbii ki, Xarici İşlər Nazirliyi səfərlə bağlı ciddi addımlar atacaq".
Qeyd edək ki, Böyük Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun nümayəndələri, başda baronessa Karolayn Koks olmaqla yenidən Dağlıq Qarabağa getmək niyyətindədir. Belə ki, Koks bu məqsədlə bazar ertəsi İrəvana gəlib. Britaniya nümayəndə heyətini Ermənistan parlamentinin spikeri Ovik Abramyan qəbul edib. Abramyan bildirib ki, Koksun növbəti səfəri iki ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşməsinə stimul yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB