Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi artıq bəllidir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.
Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB