“Siyasi dialoqun genişlənməsi yeni siyasi mühitin yaranmasının göstəricisidir” RƏY-ÖZƏL
“Ölkəmizdə geniş islahatlar aparılır. Bu islahatlar iqtisadiyyatın və dövlət idarəetmə sisteminin hər bir sferasını əhatə edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Azər Badamov sözlərinə görə, parlament seçkilərinin keçirilməsi, yeni seçilən parlamentin rəhbərliyinə bitərəf və müxalifət deputatların gəlməsi də islahatların tərkib hissəsidir: “İqtidarın müxalif partiyaların rəhbərləri ilə siyasi dialoqa üstünlük verməsi, iki yeni siyasi partiyanın qeydiyyatdan keçməsi də ölkədə islahatların alternativinin olmadığının göstəricisidir. Cənab prezidentin qeyd etdiyi kimi bizə konstruktiv müxalifət lazımdır. Ola bilər ki, bizim işimizdə də müəyyən nöqsanlar var. Əgər müxalifət konstruktiv münasibət göstərərək bizim nöqsanlarımızı dilə gətirərsə təbii ki, ölkəmiz daha sürətlə inkişaf edər, dövlət müstəqilliyimiz daha da möhkəmlənər. “REAL” partiyasının sədri İlqar Məmmədovun apelyasiya şikayətinə Ali Məhkəmənin bəraətverici qərar verməsi və siyasi dialoqun genişlənməsi, ölkəmizdə yeni bir siyasi mühitin yaranmasının göstəricisidir. Çox düzgün qeyd edirsiniz ki, Cənab Prezident hər bir vətəndaşın prezidentidir. Ehtiyacı olan insanlar üçün onların siyasi baxışlarından asılı olmayaraq yanında olur, müalicəsini öz üzərinə götürür, maddi və mənəvi dəstək göstərir. Bu, Prezident İlham Əliyevin radikallardan ən böyük üstünlüyüdür. Hansı siyasi partiyalar ki, dövlət müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına töhfə vermək istəyir, onlar siyasi dialoqa qoşulublar və öz təkliflərini bildirirlər. Hansılar ki, radikal siyasi düşərgədədirlər, xaricdən idarə olunurlar, “5-ci kolona” xidmət edirlər, onlar xalqa və dövlətə düşmənçilik mövqeyindən əl çəkmirlər. Bunlar müəyyən maliyyələr hesabına sosial şəbəkələrdə söyüş və təhqir kampaniyasına qoşularaq öz mədəniyyətsizliklərini nümayiş etdirərək xarici havadarların sifarişlərini icra edirlər. Onlar onsuz da bilirlər ki, nail olacaqları bir şey olmayacaq, necə ki, 28 ildir ki, ancaq öz burnundan uzağı görmürlər və yerində sayırlar. Artıq cəmiyyətin də onlara qarşı münasibəti kəskindir. Hamı bilir ki, kim kimdir. Bu gün ki, iqtidar böyük iqtisadi və sosial layihələri icra edərək ölkəmizin inkişafına , əhalinin sosial rifahının yaxşılaşmasına, müstəqilliyimizin əbədi olmasına var gücü ilə çalışır. Radikallar isə bunun əksinə . xalq bunu görür və çox yaxşı dəyərləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB