Dağlıq Qarabağ danışıqlarının nizamlanması kartı surpriz şəkildə açıldı ÖZƏL - AÇIQLAMA
"Rusiya Xarici İşlər naziri tərəfindən danışıqların nizamlanmasının kartı surpriz şəkildə açıldı". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın törətdiyi təxribatlardan və Azərbaycanla Ermənistanın XİN başçılarının növbəti görüşündə hansı məsələlərin müzakirə oluna biləcəyi məsələsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar masası üzərində mərhələli həll planı çərçivəsində ətraf rayonların azad olunmasıdır və eyni zamanda ikitərəfli mhumanitar məsələlərlə bağlı qarşılıqlı əlaqələrin gücləndirilməsi və bir sıra aksiyaların həyata keçirilməsi istisna deyil: "Lavrovun bəyanatından sonra hansı ki, Rusiya Xarici İşlər naziri tərəfindən danışıqların nizamlanmasının kartı surpriz şəkildə açıldı, əslində çox adam bilirdi ki, mərhələli həll variantı müzakirə predmentidir. Lakin Ermənistan rəhbərliyi ictimaiyyətdən uzun müddət idi ki, bu məsələni gizlədirdi. Hər halda görünən odur ki, Ermənistan tərəfi ərazilərin qaytarılmasına razılıq vermir. Rusiya Xarici İşlər Nazirliyi də buna görə dilə gələrək Paşinyanı əslində müxtəlif məsələlərdə Rusiyaya qarşı apardığı siyasətinə görə cəzalandırmış oldu".
Politoloqun sözlərinə görə, Cənubi Qafqazda bundan sonra gedəcək proseslər kifayət qədər həssas proseslər olacaqdır: "Gələn ildən etibarən bölgə kifayət qədər mürəkkəb geosiyası və qlobal güclərin geosiyasi qarşıdurmasının mərkəzinə çevriləcək. Belə olan təqdirdə təbii ki, hərbi, iqtisadi-siyasi və ümumiyyətlə, beynəlxalq arenada güclənməyi hədəf götürən Azərbaycan bütün parametrlərinə görə Ermənistana qalib gəlməkdədir. Ermənistana xeyr edən müəyyən məsələlər var, bu, əgər vəziyyət müharibəyə doğru dəyişərsə müəyyən dövlətlərin Ermənistanın arxasında olmasıdır. Burada da Ermənistanın və ermənilərin özünə əmin olması kifayət qədər onlar üçün risklər yarada bilər. Çünki vəziyyət hər an dəyişə bilər və heç də ermənilərin gözləntiləri baş verə bilməz. Amma açıq-aşkar görünən odur ki, erməni tərəfi provokasiya ilə məşğuldur və onlar Azərbaycanı təxribata çəkmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB