"Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi ortaya qoyuldu" AÇIQLAMA - ÖZƏL

"Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi ortaya qoyuldu" AÇIQLAMA - ÖZƏL

“Dünyanı lərzəyə salan koronavirus pandemiyasının önlənməsinə, onun geniş yayılmamasına qarşı ən qətiyyətli, ən cəsarətli addımları məhz ölkəmiz atdı, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu məsələdə də ilkə imza atıldı, növbəti Azərbaycan nümunəsi ortaya qoyuldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, Azərbaycanda da koronavirusa yoluxanlar, dünyasını dəyişənlər olsa da, son günlərin statistikası bu bəladan tez bir zamanda qurtulacağımızı deməyə imkan verir: “ Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidentinin iradəsi, qətiyyətli, vaxtında və zamanında atdığı addımlar nəticəsində mümkünləşib”.

Deputat söyləyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya büdcədən 20 milyon manatın ayrılması, ölkə Prezidentinin, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bir illik məvaciblərini Fonda ianə etməsi, koronavirus pandemiyasının iqtisadiyyata, ən əsası insanlarımızın həyatına mənfi zərərlərinin aradan qaldırılması üçün əvvəlcə 1 milyard manat, sonra isə 2, 5 milyard manat vəsaitin ayrılması, dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış "Tədbirlər Planı"nın açıqlanması, açılışı reallaşdırılmış "Yeni klinika"nın pandemiya daşıyıcılarının müalicəsi üçün onların ixtiyarına verilməsi, tibbi maska istehsal edən müsəssisənin işə düşməsi, 6 modul tipli xəstəxanın tikintisi üçün vəsaitinin nəzərdə tutulması və tikinti işlərinə başlanılması Azərbaycan dövlətinin, dövlət rəhbərliyinin bu məsələdə nə qədər iradəli və qətiyyətli olduğunu bir daha nümayiş etdirdi.

“Tədbir Plan”ının icrası yönündə ardıcıl və məqsədyönlü addımlar atıldığını deyən E. Səlimov vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən atılan bütün addımlar vətəndaşlarımızın rifahında, pandemiyanın təsirlərinə az məruz qalmasında çox mühüm və önəmli rol oynayacaq: “Hər gün ölkə Prezidentinə ünvanlanan onlarla, yüzlərlə təşəkkür, minnətdarlıq məktubları bir daha bunları əyani şəkildə təsdiqləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə