"Koronavirus post-pandemiya dövründəki həyat tərzimizi dəyişdirəcək" ŞƏRH-ÖZƏL
“Pandemiya ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldıcı tədbirlərlə əvəz edilməsi günün aktual məsələlərindən biridir. Azərbaycanda da pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində sağalanların sayının yoluxanları üstələməsi sosial məsafəni saxlamaqla bəzi sahələrdə iş fəaliyyətinin bərpa olunmasına imkan verdi. Bu həm iqtisadi aktivliyi artırmaqla yanaşı, həm də insanlarda psixoloji vəziyyəti ortadan götürəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib
O bildirib ki, lakin insanlar yumşaldıcı tədbirlərdən sui-istifadə etməməlidirlər: “Bu günlərdə Bakıda olan Ümümdünya Səhiyyə Təşkilatının nümayəndəsi xəbərdarlıq etdi ki, bir sıra ölkələrdə karantin rejimi yumşaldılsa da, bəzi ölkələrdə yoluxanların sayı artır. Bu baxımdan vətəndaşlarımız onların xeyrinə atılan yumşaldıcı tədbirlərə məsuliyyətsiz yanaşmamalıdırlar. Sosial məsafəni qorumaqla icazə verilən fəaliyyət növlərindən düzgün şəkildə istifadə etməlidirlər. Çünki virusun ikinci dalğasının olub-olmayacağı heç kimə məılum deyil. Ona görə də, hər kəs birmənalı olaraq yumşaltma tədbirlərini növbəti addımlar üçün təlim kimi nəzərdə tutmalı, qoyulan qaydalara əməl etməklə özünü bundan sonra atılması nəzərdə tutulan yumşaldıcı tədbirlərə hazırlamalıdır”.
Deputat söyləyib ki, yumşalma tədbirləri virusun bitdiyi demək deyil: "Koronavirus bundan sonra post-pandemiya dövründəki həyat tərzimizi dəyişdirəcək. Bu dəyişiklik xüsusən də davranış qaydalarımızda öz əksini tapmalıdır. Belə ki, cəmiyyət, sosium içərisində gigiyenik tələrəblərə əməl etmək, məsafə saxlamaq, virus zamanı yiyələndiyimiz vərdişləri daha yüksək səviyyədə həyata keçirməliyik. Bütün bunlar növbəti pandemiyalardan qorunmaq üçün mütləqdir”.
Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində atdığı addımlarla dünyaya nümunə olduğunu deyən İ.Məmmədov vurğulayıb ki, ölkəmizdə bu istiqamətdə atılan addımlar bir çox ölkələri qabaqladı: “Bir çox ölkələr bu istqamətdə addım atmayanda Azərbaycanda martın 3-də bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, daha sonra kütləvi tədbirlərə son qoyuldu, böyük ticarət mərkəzləri bağlandı, nəqliyyata məhdudiyyətlər tətbiq edildi. Sərnişinlərin ən çox istifadə etdiyi metronun fəaliyyəti dayandırıldı. Bütün bunlar Azərbaycanda yoluxanların sayının digər ölkələrlə müqayisədə qat-qat aşağı olmasına səbəb oldu. Ölkə başçısı da bu yaxınlarda qeyd etdi ki, elə inkişaf etmiş ölkələr var ki, onların əhalisinin sayı demək olar ki, Azərbaycan qədərdir. Lakin onlarda yoluxanların sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Məhz görülən qabaqlayıcı tədbirlər nəticəsində həm Azərbaycan iqtisadiyyatı, həm də ümumilikdə səhiyyə sisteminin üzərinə düşən ağırlıq ortadan götürüldü”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə pandemiya ilə bağlı mübarizə tədbirləri ardıcıl və mütəşəkkil şəkildə həyata keçirildi: “Azərbaycanın pandemiya ilə bağlı mübarizə nümunəsi digər ölkələr tərəfindən də qiymətləndirilərək, ondan istifadə edilir. Ölkəmizdə isə atılan addımların müsbət nəticələri göz qarşısındadır. Hazırda ölkəmizdə xəstələrin sayındakı azalma dinamikası belə davam edərsə, ikinci yumşaldıcı tədbirlər həyata keçirilə bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul ediləcək qərarlara əməl etməliyik. Mayın 4-dək ölkəmizdə karantin rejimi davam edir və bu müddət ərzində dinamika izlənəcək. Növbəti addımlar məhz bu günlərdən asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB