Səhər saatlarında Xəzər dənizində zəlzələ baş verib

Səhər saatlarında Xəzər dənizində zəlzələ baş verib
Bu gün səhər saatlarında Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 07:41:48–də Xəzər dənizində, Bakıdan 60 km cənubda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.20, dərinliyi isə 55 km olub. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə