Gürcüstan Rusiya hərbi yüklərinin ölkə ərazisindən keçməklə Ermənistana göndərilməsinə icazə verməyəcək

Gürcüstan Rusiya hərbi yüklərinin ölkə ərazisindən keçməklə Ermənistana göndərilməsinə icazə verməyəcək

Gürcüstan parlamenti Rusiya ilə hərbi yük və heyətin ölkə ərazisindən daşınması ilə bağlı 31 mart 2006-cı ildə bağlanmış müqavilənin qüvvədən düşməsi barədə qərar qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qərarın lehinə 84 deputat yekdilliklə səs verib. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze parlamentdəki çıxışında deyib ki, Rusiyanın hərbi təcavüzündən sonra Gürcüstan hökuməti bu ölkə ilə hərbi yüklərin tranziti barədə müqaviləni pozmaq qərarına gəlib. Nazir müavini bildirib ki, Rusiya sonuncu dəfə bu məsələ ilə bağlı Gürcüstanda 2008-ci ilin iyununda müraciət edib. Lakin imtina cavab aldıqdan sonra bir daha müraciət olmayıb. Müqavilənin müddəti bu ilin noyabrında bitməliydi.

 

Qeyd edək ki, Rusiya hərbi texnikasının Gürcüstan ərazisi ilə tranziti Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasına hərbi yüklərin daşınmasını nəzərdə tuturdu.

Bütün xəbərlər Facebook səhifəmizdə