Ermənilər Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.55-dən 18.58-dək isə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə