"Hamı Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidir" ÖZƏL-MÜNASİBƏT

"Hamı Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidir" ÖZƏL-MÜNASİBƏT

"Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah gündəlik ölkədə pandemiya ilə bağlı vəziyyəti təhlil edir və ona uyğun qərarlar qəbul olunur". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan bu qara bəlaya qarşı effektiv mübarizə aparan ölkədir: "Məhz vaxtında xüsusi karantin rejiminin tətbiqi, aparılan testlərin genişlənməsi, sosial məsafənin gözlənilməsinin tövsiyyə olunması və digər tədbirlərin ciddiliyi ölkəmizdə sağalanların sayının yeni yoluxanları üstələməyə imkan verib. Dinamika müsbətdir. Ona görə də Operativ Qəragah karantin rejimini yumşalmaya gedib. Amma bu o demək deyil ki, biz pandemiyaya tam qalib gəlmişik. Bundan sonra hər şey vətəndaşların özündən asılıdır.

Operativ Qəragahın tövsiyyələrini rəhbər tutaraq hamı gigeyenik qaydalara riayət etsə, sosial məsafəni gözləsələr təbii ki, pandemiya ilə vidalaşa bilərik. İnsanlar qaydalara riayət etməsə pandemiya təzədən genişlənə bilər və yenidən karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaranar. Ona görə də hamı Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə