Neft ucuzlaşmaqda davam edir

Enerjidaşıyıcılara olan təlabatın azalması fonunda ötən gün dünya bazarlarında "qara qızıl"ın qiyməti enib. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,40 dollar və ya 0,4 faiz azalaraq 1 barelə görə 106,72 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar azalaraq 121,29 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə