Fidel Kastro hakim partiyanın rəhbərliyindən gedib

Fidel Kastro hakim partiyanın rəhbərliyindən gedib
Kuba prezidenti Raul Kastro qardaşı Fidel Kastronu hakim partiyanın birinci katibi kimi əvəz edəcək. SİA-nın xəbərinə görə, o, bu vəzifəyə bu gün Kommunist Partiyasının Havanada keçirilən konqresi zamanı irəli sürülüb. 40 il partiyaya başçılıq edən 84 yaşlı Fidel Kastro da konqresdə iştirak edib. Dövlət mediasının keçən ay yaydığı rəy məqaləsində Fidel Kastronun hələ beş il əvvəl bütün vəzifələrini tərk etdiyi bildirilib. 2006-ci ildə hakimiyyət başına keçən Raul Kastro 2008-ci ildən rəsmi prezident kimi vəzifəsini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə