“Ölkəmizdə korono virus pandemiyası dövründə ölkə iqtisadiyyatının dayanıqlığının təmin etmək həmçinin mikro sahibkarlığın orta və iri sahibkarlığın inkişafı üçün dövlətimiz tərəfindən uğurlu tədbirlər planı həyata keçirilmişdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev deyib.
Koordinator bildirib ki, ölkə başçısı sahibkarlığın inkişafına dəstək məqsədi ilə verdiyi göstərişlər və yaradılmış operativ qərargahın fəaliyyəti bir daha göstərdi ki dövlətimizin güclü dayaqları var və güclü siyasi iradəyə malikdir: "Xüsusilə, sahibkarlar vergi güzəştlərinin tədbiq edilməsi və bu prosesin 2021-ci ildə əhatə etməsi çox önəmli adımdır. Bununla yanaşı qeyd etmək lazımdır ki qlobal pandemiyanın beynalxaq iqtisadiyyata vurduğu zərər ölkə iqtisadiyyatına da mənif təsir etmişdir lakin buna baxmayaraq dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması istiqamətində 2.5 milyard manat pul ayrılması makro və mikro iqtisadi dinamikanın saxlanılmasına imkan verəcək. Bunula yanaşı vətəndaşlara yönəlmiş sosial iqtisadi paketlərin tədbiqi az təminatlı ailələrə ödənilən birdəfəlik vəsaitlər vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş mütərəqqi adımdır. Xüsusi ilə ölkəmizdə korono virus pandemiyası dövründə dövlətin vətəndaşlara göstərdiyi diqqət və qayğı göz önündədir cənab prezidentin "hər bir vətəndaşın sağlamlığı hər şeydən üstündür" ifadəsi dövlət vətəndaş münasibətlərinin və ümumən ölkənin post pandemiya dövründə hazırlığının göstəricisidir. Sahibkarların xüsusi ilə dövlət təşəbbüslərinə göstərdikləri dəstək karona virus fonduna ayırdıqları yardımlar cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bizlər bir daha şahidi oldu ki dövlətlə xalqın vəhdəti istənilən problemin öhdəsindən gəlməyə hazırdı .Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru 25 Aprel "Sahibkarlar Günü" münasibəti ilə ölkəmizdə fəaliyyət göstərən sahibkarları təbrik edir, onlara ölkəmizin inkişafı və tərəqisi naminə səmərəli fəaliyyətlərində uğurlar arzulayıram. Həmçinin ölkəmizin üzləşdiyi bu çətin günlərdə dövlətimizin özəl sektorun dayanıqlı inkişafı üçün atdığı addımları müsbət qiymətləndirir görülən işlərə və yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB