"Lavrovun bəyanatı Ermənistanda çox ciddi rezonans doğurub" ŞƏRH_ÖZƏL

"Lavrovun bəyanatı Ermənistanda çox ciddi rezonans doğurub" ŞƏRH_ÖZƏL

“Ermənistanın Rusiyanın XİN başçısı Sergey Lavrovun bəyanatı ilə bağlı mövqeyi Moskvanın Kazan formulunu və ötən il Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunan razılığın əleyhinə olmaqla, Kremlin vasitəçiliyinə demarşdır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsəsullazadə deyib.

O bildirib ki, Ermənistan tərəfinin məlum açıqlamasından sonra danışıqların növbəti mərhələsinin hansı əsaslarla başlayacağı maraq doğurur:” Rusiya XİN Ermənistana ciddi təzyiqlər edəcək və onu növbəti danışıqlar masasına gətirəcək. Rəsmi Moskva Qarabağın ilkin statusunun tanınması və sonrakı prosesdə ərazilərin qaytarılması məsələsini ortaya qoyur”.

Politoloqun fikrincə, Azərbaycan XİN konkret şərtlərlə danışıqlara getməsini elan etməli və vaxt verməlidir: “Bu il yanvar ayında Cenevrədə üç gün ərzində aparılan danışıqlar barədə məxfiliyin saxlanılması razılaşdırılmışdı. Göründüyü kimi Ermənistan həmin danışıqların üzərindən xətt çəkir. Hazırda ABŞ və Fransa koronavirusa qarşı mübarizə aparır, daxili problemlərlə məşğuldurlar. İki ölkənin gündəliyində Qarabağ münaqişəsinin nizamlanması yoxdur. Prosesdə Rusiya aktivdir və rəsmi Bakı ciddi şəkildə Kremllə koordinasiyalı çalışır. Azərbaycan Moskva ilə konfidensial danışıqlar aparmaqla prosesi bu mərhələyə gətirmişdi".

M. Əsədullazadə qeyd edub ki, Azərbaycan Prezidenti İlham Əliyevin prosesə müdaxiləsi danışıqlarda yeni situasiyanın başlanmasına gətirə bilər: “Dövlət başçısının məhz birbaşa iştirakı ilə diplomatik informasiya savaşında proseslərdə Azərbaycanın mövqeyi güclənib. Ermənistanda Lavrovun bəyanatı çox ciddi rezonans doğurub. Paşinyan masada olan həll variantlarını yaxşı bilir və qəbul edib. Amma ərazilərin boşaldılması məsələsini ört-basdır etməsi daxili faktorlardan qaynaqlanır. Paşinyan daxildə problemlərə yol açacağından ehtiyatlanır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə