Paşinyanın pafoslu "tostlar"ı koronavirus və böhran fonunda bitib TƏHLİL
Ermənistanda xalqın müsbət dəyişiklikləri görmək istəyinə söykənən siyasi hadisələrin başlanmasından 2 il keçib. Amma xalqın müsbət dəyişiklikləri görməsi bir yana, kütlənin istəyidən sui istifadə edən Nikol Paşinyan heç əvvəlki vəziyyəti belə qoruyub saxlaması mümkün olmayıb. Bu ölkədə xalq dəyişiklikləri gördü, ancaq müsbət deyil, mənfi dəyişikliklərlə qarşılaşmaq məcburiyyətində qaldı. Çünki, hadisələrdən bir avantürist küçə nümayişçisi sui istifadə edərək baş nazir postunu ələ keçirdi və hadisələrin lap əvvəlində də bəlli idi ki, onun populist çıxışları yalnız daxili auditoriyaya hesablanmışdı və məqsəd kütləni aldatmaq idi. Belə görünür ki, o buna nail oldu da.
Bir yalançının təsviri və erməni baş nazirinin diaqnozu
Qeyd etdiyimiz kimi, müsbət istiqamətdə olmasa da dəyişiklik oldu, amma dəyişən cəmi üç şey oldu. Birincisi, çox az insan yaxşı yaşaya bildi ki, bunlar da elə həmin populist küçə nümayişçisinin, həmin avantüristin, bir sözlə, fırıldaqçının birinin özü, yaxın ətrafı, onun öz adamları oldu və ayının yüz oyununun başında armud durduğu kimi, məqsəd də elə bu idi. Çünki, Paşinyanın yuxusunda belə təyyarə görməyən komandası biznes klas xidmətindən istifadə edərək rəsmi səfərlərə gedir, xarici ölkələrdə görmədiklərini görə bilirlər. Hamısı da dövlətin vəsaiti hesabına və qarətedici şəkildə və həyasızcasına. İkincisi, Paşinyanın inqlab adlandırdığı çevrilişdən sonra daha çox insan xeyli pis yaşamağa başladı. Çünki, acgöz komandası olan-olmazı da özlərinə çəkməyə başladı və xalqa, erməni cəmiyyətinə, onun vətəndaşına heç nə qalmadı. Nəhayət üçüncüsü, gündən-günə xeyli pis yaşayan insanlar getdikcə daha pis yaşamağa məhkum oldu. Ona görə ki, idarəetmə bacarığı, səriştəsi, biliyi, potensialı, ən başlıcası, istəyi belə olamayan Paşinyanın hakimiyyəti qamarlaması, bu işğalçı ölkə üçün başqa nəticələr vəd edə bilməzdi.
Müşahidələr də sadalananları təsdiq edir və isbat edir ki, bir avantüristin bu ölkədə hakimiyyəti də, fəaliyyəti də ətalət, boş sözlər və yalandan başqa bir şey deyil. Təkcə ermənilər özləri deyil, dünya ictimaiyyəti də bu işğalçı dövlətin reallığına dair bəzi müşahidələr aparır. Bu müşahidələr isə məntiqi olaraq bir sıra nəticələrin ortaya çıxmasına səbəb olub.
Birinci nəticə onda ibarətdir ki, Nikol Paşinyanda utanc hissi yoxdur. Yalan danışanda qətiyyən utanmır. Dedikləri, söz verdikləri əməli işdən yayınanda da utanmır. Bu fırıldaqçı dediklərinin yalan olduğu isbatlanandan sonra bu isbatı belə rədd etməkdən utanmır və yenidən yalan danışmağa özündə, üzündə üz tapır. Bu etiket və ya təhqir deyil. Bu, erməni baş nazirinin diaqnozudur. Bu, öz erməni hiyləgərliyi sayəsində mütləq gücə sahib olan, lakin adi bir yalançının təsviridir. Ona görə də onun sözlərinin ölkə daxilində, xüsusən də ölkə xaricində nə dəyəri, nə də əhəmiyyəti var.
İkinci nəticə odur ki, Nikol Paşinyan məsuliyyət hissi keçirmir. Onun standartlarına görə yalnız öz rifahı və ailəsinin rifahı hər şeydən vacibdir. Müşahidələr nəticəsində sübut olunub ki, bu standartlar son 30 ildə zərrə qədər dəyişməyib və onun rifahı təmin edildikdən sonra bu adam qalanları ilə maraqlanmır, rəzalət, səfalər içində olan ölkəni xilas etmək üçün qətiyyən məsuliyyət daşımır. Bu, onun cinayətkarcasına hərəkətsizliyi ilə öz isbatını da tapır.
Paşinyanın yalanları nə xəstə sağaldandır, nə də ac ermənilərin qarnını doyurandır
"Böhran əleyhinə tədbirlər" bəhanəsi ilə bu ölkədə yox dərəcəsində olan biznesin tamamilə boğulduğunun, özünü təcrid etmənin təşkil etmədiyinin, insanların sağlamlığına necə təhlükə yarandığının, real sosial yardım verilmədiyinin, vətəndaşların aclığa məhkum edildiyinin şahidiyik. Bu halda, acınacaqlı vəziyyətin dayanmadan davam edəcəyini kim təkzib edə bilər, özü də bu pandemiya dövründə? Dünyanın fövqəl gücə, iqtisadi potensiala malik inkişaf etmiş ölkələri pandemiya dövründə sosial problemlər qarşısında az qala sarsılırsa, səfalət içərisində, iyanələrlə mövcudluğunu birtəhər qoruyan, Paşinyan kimi avantüristin, yalançının əlinin altında inləyən yoxsul bir ölkə, hər zaman olduğu kimi, saysız-hesabsız problemlərlə yoluxma, ölüm statistikasını necə qoruyub saxlayacaq? Bu ölkənin halı, vəziyyəti bundan sonra necə olacaq? Təbii ki, yaxşı heç nə gözləmək mümkün deyil və Paşinyanın yalanları artıq nə xəstə sağaldandır, nə də ac ermənilərin qarnını doyuran.
Nəhayət müşahidələrdən ortaya çıxan üçüncü nəticə odur ki, Nikol Paşinyan ölkəni idarə etmək bacarığına sahib deyil. O, sadəcə vasitəçidir. İndi nə edirsə, pis-yaxşı fərqi olmadan nə etməyə çalışırsa alınmır. Əvvəla, heç kimə kömək etmir, heç etmək də istəmir. Onsuz da istədiyi zaman, istədiyini də edə bilmir. Əgər iki il bundan əvvəl bir qaraguruh dalğasından tutaraq hakimiyyəti qamarladıqdan sonra populizmlə məşğul olmaq istəyi var idisə, indi bu istəyəyi də yoxdur. Çünki, onun populizmi, daha doğrusu, erməni baş nazir tərəfidən şişirdilən pafoslu "tostlar" koronavirus və iqtisadi böhran fonuda Ermənistanı məhvə sürükləyən reallıqların başladığı yerdə bitib.
Gələcəklə ermənilər arasında Nikol Paşinyan dayanırsa, bunu gözləməyə heç dəyməz
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazır ki, Nikol Paşinyan dövlət hakimiyyətinin arxasında gizlənərək bir sadə həqiqəti dərk edə bilmir ki, üç milyon insanın taleyinə cavabdehdir. O, qeyd edir ki, onun bu cavabdehliyi daşımaması nəyin bahasına ona başa gələcəyini də erməni baş nazir dərk etmir və ona görə də Nikol Paşinyandan əməliyyat tədbirləri, qeyri-standart iqtisadi həllər və hədəfli dəstək gözləmək mənasızdır.
Əlbəttə, Minasyan demək istəyir ki, erməni xalqı ilə onların təhlükəsiz və etibarlı gələcəyi arasında Nikol Paşinyan dayanırsa, bu gələcəyi gözləməyə dəyməz. İndi acı həqiqət anı gəlib və bu işğalçı toplum həmin acı həqiqətlərlə üz-üzədir. Bu acı həqiqət də ondan ibarətdir ki, Nikol Paşinyan üçün onun siyasi varlığı bütün erməni xalqından daha vacibdir və bu halda erməniləri daha acı nəticələr, ola bilsin məhv olmaq reallığı gözləyir. Vəziyyəti sağlam və rasional şəkildə qiymətləndirərkən ölkənin dağılma təhlükəsi ilə üz-üzə qaldığı barədə nəticə çıxarmaq çətin deyil. Sadə bir həqiqəti dərk etmək çətin deyil ki, "ianə"lərlə sığortalanan hansısa ölkə, bir də Paşinyan kimi bir fırıldaqçının, yalançının, avantüristin hökmü, hakimiyyəti altındadırsa, bir bacarıqsız, uğursuz populistin ümidinə qalıbsa bu işğalçı dövlət tezliklə xəritədən belə silinə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB