"Yumşaldıcı addımlara baxmayaraq, monitorinq davam etdiriləcək" AÇIQLAMA-ÖZƏL
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda koronavirusla mübarizə istiqamətində ən effektiv addımlar atıldı. Düşünülmüş və planlı işin nəticəsi idi ki, bu “düşmən” Vətənimizdə at oynada bilmədi. Ölkə başçımızın qayğı və diqqəti sayəsində hər cür sosial təminat qısa zamanda reallaşdırıldı ki, əhali pandemiyanın təsirlərindən əziyyət çəkməsin. Bu baxımdan da koronavirus infeksiyasının zərərlərinin minimallaşdırılması istiqamətində atılan bütün addımlar həm xalqımızın, həm də dövlətimizin maraqlarına uyğun addımlardır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, ilk günlərdən birlik nümayiş etdirən xalqımız daha sonra da cənab Prezidentin “məsuliyyətli olmalıyıq” çağırışına qulaq verərək karantin rejiminin qayda və qanunlarına əməl etdilər: "Bununla da bir daha sübut olundu Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur".
Karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldığını deyən politoloq söyləyib ki, bu, əhalidən qayda və qanunlara əvvəlki qaydada riayət olunmasının gözlənildiyi deməkdir: "Ötən gün Nazirlər Kabineti tərəfindən müəyyən yumşaldıcı addımların atılmasına baxmayaraq, monitorinq bundan sonrakı mərhələdə də davam etdiriləcək. Əhali bu qaydalara tabe olmayıb, bununla da vəziyyətin mənfi istiqamətə getməsinə şərait yaratsalar dövlət məcbur qalıb qaydaları yenidən sərtləşdirəcək".
Ş.Həsənova qeyd edib ki, əgər ölkə başçısı siyasətinin mərkəzində bizi, xalqı əsas tutursa biz də bu işdə hər zamankı kimi onun siyasətinə dəstək olmalı, bu məsələdən daha az itkilərlə çıxmaq üçün öz töhfəmizi verməliyik: "Çünki “Nə lazımdır edecəyik” deyən ölkə başçımız bu vədinə əməlində də sadiq qaldı. 3.5 milyard manatı ötəcək iqtisadi paket elə bunun əyani sübutudur. İki amil arasında seçim edərkən “iqtisadi fəallıq ya insanların sağlamlığı vacibdir” məsələsində cənab Prezidentin düşünmədən insanların sağlamlığını seçməsi, bu məsələni prioritet tutması əslində ölkə başçımızın insan amilinə verdiyi ən yüksək dəyərdir. İlk günlərdən gərgin iş qrafiki ilə çalışan və bizim sağlamlığımızın keşiyində duran həkimlərimizə, təhlükəsizliyimizi təmin edən polislərimizə dəstək olmalıyıq. Maksimum məsuliyyət minimum zərər deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB