Test sistemləri üzrə beynəlxalq tədbirdə Azərbaycandan olan nümayəndə heyəti iştirak edib

Test sistemləri üzrə beynəlxalq tədbirdə Azərbaycandan olan nümayəndə heyəti iştirak edib

14 - 18 Aprel 2011-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində "External Independent Testing. International Experience of Implementation" adlı beynəlxalq tədbir keçirilib. SİA-nın xəbərinə görə, Ukrayna Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Polşa, Almaniya, Litva, Rusiya, Ukrayna ilə yanaşı Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Nümayəndə heyəti Elmina Kazımzadə, Kənan Aslanlı, Ramil Hüseyn, Hikmət Cavadov və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovdan ibarət olub.


Tədbir çərçivəsində iştirakçılar Ukrayna Parlamentinə ziyarət etmiş və Elm, Təhsil Komitəsində görüş keçirib. Bundan başqa test sistemləri üzrə ekspertlərin iştirakı ilə müzakirələr də təşkil edilib. Azərbaycandan olan nümayəndə heyətinin ölkəmizdəki test sistemləri üzrə təqdimatı da olub.


Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan iştirakçılar test sistemləri barədə öz təcrübələrini bölüşüblər. Sonda tədbirin nəticələrini və gələcək fəaliyyətləri özündə ehtiva edən deklarasiya da qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə