"Azərbaycan azsaylı donor ölkələrdəndir" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan azsaylı donor ölkələrdəndir" ÖZƏL - AÇIQLAMA

"Ya pul itirməli idik ya da insanlarımızın sağlamlığını və biz insanlarımızın sağlamlığını seçdik". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Azərbaycanın pandemiya ilə mübarizədə qlobal reytinqindən danışarkən deyib.

O bildirib ki, hələlik qlobal miqyasda proseslərə yekun vurulmayıb və pandemiya başa çatmayıb, lakin, pandemiya başa çatdıqdan sonra post-pandemiya dövründə yekunlar açıqlanacaq və hazırda Azərbaycan əhalisinin hər 10 min nəfərinə nəzərən koronavirusa yoluxmaya sayına görə dünya üzrə ən yaxşı yerlərdədir:

"Hesab edirəm ki, Azərbaycan bu göstəriciyə əsasən ilk onluqdadır. Eyni zamanda Azərbaycan əhalisinin dövlətin müəyyənləşdirdiyi qaydalara tabeçiliyi də əla vəziyyətdədir. Ölkə rəhbəri bu müddət ərzində keçirilən müşavirələrdə də koronavirusla bağlı məsələlərə münasibət bildirib. Ölkə Prezidenti açıqca bildirdi ki, ya pul itirməli idik ya da insanlarımızın sağlamlığını və biz insanlarımızın sağlamlığını seçdik. Azərbaycan Respublikasının Prezidentinin fəlsəfəsi ondan ibarətdir ki, pulumuz millətimizin sağlamlığına sərf olunmalıdır".

Mübariz Əhmədoğlu vurğulayıb ki, koronavirus dövründə Azərbaycan çox az ölkələrdəndir ki, sırf donor rolundadır: "Çin bütün dünyaya tibbi yardım göstərir. Hazırda dövlətlər arasında qarşılıqlı şəkildə biri-birinə tibbi yardım göstərilir. Azərbaycana isə sırf simvolik olaraq iki dövlət tərəfindən yardım göstərildi. Bu iki ölkə Rusiya və Çin idi. Lakin, Azərbaycan özü də 5 milyon Ümumdünya Səhiyyə Təşkilatına yardım etdi, 5 milyon isə İrana yardım göstərdi. Bu da donorluğun ayrı bir növüdür ki, İran maşınları Azərbaycan ərazsindən Rusiya və Gürcüstana gedərkən onlara xüsusi qaydada Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən müşahidəçilik edildi. Onlar üçün yolda hər bir şərait yaradıldı. Azərbaycan post-pandemiya dövründə də nəticələrə nəzər saldıqda Azərbaycan birinci onluqda olacaq və bununla bağlı BMT-dən də, Ümumdünya Səhiyyə Təşkilatından da xüsusi təşəkkür məktubumuz olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə