"Uşaq pulu bərpa edilsin" Əli Məsimli

"Uşaq pulu bərpa edilsin" Əli Məsimli

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ölkədə uşaqpulunun bərpası yenidən gündəmə gətirib.

O bildirib ki, əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq.

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə də 190 manatlıq birdəfəlik yardımın verilməsini istəyib. “Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir. Yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb. Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.

Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə