"Məktəbəqədər təhsil müəssisələrində yerlər yetərincə deyil" OMBUDSMAN

"Məktəbəqədər təhsil müəssisələrində yerlər yetərincə deyil" OMBUDSMAN

"Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub. Ombudsmana daxil olan müraciətlərə baxılıb, cavablandırılıb. Ombudsman müvafiq təklifləri təqdim edib. Əlilliyin qiymətləndirilməsi ilə bağlı təklif də həllini tapmalıdır”. SİA-nın xəbərinə görə, bunu Ombudsman Səbinə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini (2019-cu il) təqdim edərkən bildirib.

O bildirib ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir.

Məktəbəqədər təhsil müəssisələrində yerlərin yetərincə olmadığını deyən müvəkkil söyləyib ki, məktəbəqədər hazırlığa getməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var: “Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yararsızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”.

S. Əliyeva Bakıda sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərdə bağlı problemlərə də toxunaraq qeyd edib ki, hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər: “Vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınması yolverilməzdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə