1596 yoluxma, 27 ölüm ERMƏNİSTANDA

1596 yoluxma, 27 ölüm ERMƏNİSTANDA

Ermənistanda aprelin 24-ə olan koronavirusa yoluxmalar halı ilə bağlı bildirilir ki, infeksiyadan daha 3 nəfər - bir kişi və iki qadın ölüb. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Bu günə olan informasiyada qeyd edilir ki, koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb. Onlardan 728-i sağalıb, 841 nəfər isə müalicə alır. Ümumilikdə ölənlərin sayı 27 nəfərdir. Ermənistanda 16 551 test keçirilib. Beləliklə, ölkədə bir sutka ərzində 73 nəfər koronavirusa yoluxub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə