Şəmkir rayonunda yeni məktəblərin tikintisinə hazırlıq işləri aparılır. Artıq Qapanlı kənd orta məktəbinin inşasında son tamamlama işləri görülür. Yeni tədris ocağı 480 yerlik tutuma malik olacaq.
Şəmkir rayon Təhsil Şöbəsinin rəsmisi Firdovsi Aslanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yeni tədris ilinə kimi məktəbin tikintisi tam başa çatacaq.
Məktəb ikimərtəbəli və 50-yə yaxın otaqdan ibarətdir. Köhnə məktəb binası yararsız vəziyyətdə olduğundan kənddə yeni məktəbin tikintisi dövlət proqramına salınıb. Yaxın gələcəkdə rayonda daha bir məktəbin inşası nəzərdə tutulur. Təhsil Nazirliyinin xətti ilə Şəmkirin dağ kəndlərindəki yararsız vəziyyətdə olan orta tədris müəssisələrinin yenidən qurulmasına başlanılacaq.
Ötən tədris ilində Şəmkir rayonunda dövlət xətti ilə iki məktəb binası tikilərək istifadəyə verilib. Bunlar 1 saylı Zəyəm Cırdaxan və Səməd Vurğun adına Təzəkənd orta məktəbləridir. Hər iki təhsil ocağı 960 yerlikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB