"Ermənistan Xarici İşlər nazirinin açıqlaması sərsəmlkdir" - MÖVQE

"Ermənistan Xarici İşlər nazirinin açıqlaması sərsəmlkdir" - MÖVQE

"Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın 21 aprel 2020-ci il tarixdə Yerevanda keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İçlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir. Qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov A.M.Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakı ilə keçirilən tədbirdə çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprel ayında Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu bildirib. Əlavə edib ki, bu sənəd mərhələli yanaşma əsasında nizamlamaya doğru irəlləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadiyyat və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Mnatsakanyan Dağlıq Qarabağ ətrafındakı "təhlükəsizlik zonası", "müdafiə xətti" deyəndə Azərbaycanın işğal edilmiş 7 rayonunu - Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Oubadlı, Laçın, Cəbrayılı nəzərdə tutur və bu ərazilərin geri qaytarılmayacağını deyir: "Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur. Ermənistan XİN-nin bu açıqlaması bir daha göstərir ki, uzun danışıqlar prosesinin getməsinə baxmayaraq Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib, onların işğal altında olan torpaqlarımızı azad etmək fikirləri yoxdur. Ermənistan əvvəldə oduğu kimi beynəlxalq hüquq normalarını heçə sayır öz işğalçılıq müvqeyindən əl çəkmir. Anca bu gələcəyi olmayan, regionda sülh və əminamanlığın bərpa olunmasına qarşı aparılan bir siyasətdir.

Azərbaycan istəyir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dinc yolla, danışıqlar yolu ilə Beynəlxalq nüquq normalarına əsasən həll edilsin. Əgər Ermənistan tərəfi buna razı olmazsa, Azərbaycan dövləti digər vasitələrdən istifadə edərək öz əzəli torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə