"Azərbaycan sübut edir ki, işğalçı ilə danışıqlar aparmaq mümkün deyil” AÇIQLAMA-ÖZƏL
“Ötən gün Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşündən gözləntilərim çox olsa da nəticə düşündüyüm kimi olmadı. Mən bir daha əmin oldum ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yerindən tərpənmək istəmir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirak etdiyi videokonfransı danışıqlar xətrinə danışıqlar kimi qiymətləndirmək olar.
Politoloq söyləyib ki, Rusiya XİN başçısı Sergey Lavrov 5 rayonun boşaldılması ilə bağlı məsələnin gündəmdə olduğunu deməsinə baxmayaraq, görüşdə Ermənistanın mövqeyindən bir daha sübut olundu ki, onlar sülh istiqamətində heç bir addım atmaq niyyətində deyillər.
R. Məmmədov qeyd edib ki, görüşdə Ermənistan daha mülayim olmalı, danışıqlara getməli idilər: “Ancaq hiss olunur ki, Ermənistan öz havadarlarına arxayın olduqları üçün danışıqlara getmək istəmir. Lakin bütün hallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır. Bununla yanaşı ölkəmizin müharibə strategiyası olduğu kimi qalır. Azərbaycan addım-addım dünyaya sübut edir ki, işğalçı ilə danışıqlar aparmaq mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB