Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür

Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür

19 aprel Azərbaycan Milli Qəhrəmanı Tofiq Hüseynovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub.

Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş, kapitan rütbəsinə qədər çatıb. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olmuş, "Mixaylo" ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşmuş, düşmənin hərbi texnikalarını məhv edib.

Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, "Alazan" qurğusu məhv edilmiş, xeyli erməni öldürülmüş, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşdu, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib.

O, axırıncı gülləsinə qədər vuruşmuş, sonda qumbara ilə özünü partlatmış, 10 nəfərə yaxın ermənini də məhv edib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə