Rumıniya Prezidenti Azərbaycanın Baş naziri ilə görüşüb

Rumıniya Prezidenti Azərbaycanın Baş naziri ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 18-də Baş nazir Artur Rasizadə ilə görüşüb.

SİA-nın məlumata görə, Rumıniya Prezidenti Trayan Besesku Bakıya növbəti səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib, ötən illərdə əldə olunan razılaşmaların bu gün öz bəhrəsini verdiyinin əlamətdar fakt olduğunu vurğulayıb, əməkdaşlığın inkişafında Azərbaycanın əvəzolunmaz rolunu diqqətə çatdırıb.

Ali qonağı ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş nazir Artur Rasizadə deyib ki, Azərbaycan Rumıniyanı dost ölkə hesab edir. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Baş nazir Rumıniya Prezidentinin bu səfərinin ikitərəfli münasibətlərə yeni töhfə verəcəyini bildirib. Baş nazir onu da qeyd edib ki, Rumıniyanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə