“Prezidentə ünvanlanan məktublar sosial siyasətə inamın təzahürüddür” ÖZƏL-MÜNASİBƏT

“Prezidentə ünvanlanan məktublar sosial siyasətə inamın təzahürüddür” ÖZƏL-MÜNASİBƏT

Pandemiya qlobal bir problemdir, dünyanın hər yerində bütün ölkələr bu problemi yaşayır və bəllidir ki, bizim ölkəmiz də bu problemi yaşamaqdadır və biz özümüz də bu həyəcanı keçirməkdəyik vətəndaş olaraq. Bu sözləri SİA-ya müsahibəsində Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.

Şura sədrinin müavini qeyd edib ki, Azərbaycan hökumətinin, ölkə Prezidentinin çevik siyasəti bu problemin bizdə nisbətən yüngül keçməsinə gətirib çıxarıb, bu gün biz bunu hiss edirik və deyək ki, biz baxıb görürük ki, çox da böyük olmayan itgilərlə biz bu ağrıları yaşayırıq.

“Zamanında bütün məktəblər, təhsil ocaqları, uşaq baxçaları, bunların bağlanması ilə bağlı çevik qərar qəbul olundu. Bir sıra zəruri dövlət qurumlarından başqa demək olar ki, əksər qurumların fəaliyyəti dayandırıldı və evdə qal çağırışı bildirildi də, təbii ki, bu problemin bizim ölkəmizdə nisbətən az itgi ilə başa gəlməsinə səbəb oldu. Rəqəmlərə baxsa, bu günkü günə qədər aşağı-yuxarı mindən bir az yuxarı bizdə yoluxma hadisəsi qeydə alınıb və bildiyim qədər 18 nəfər dünyasını dəyişib. Amma say etibarı ilə götürəndə Avropa ölkələrində, dünyanın inkişaf etmiş ölkələrində, istər Amerika olsun, Britaniya olsun, Avropa ölkələri olsun, biz baxsaq görərik ki, nə qədər böyük və müqaisəyə gəlməyəcək dərəcədə fərq var. Yəni bu fəlakətin miqyası əslində ağıla sığmayan dərəcədə böyükdür. Bu günlər hardasa 120 mindən yuxarı dünyasını dəyişən insanlar var və post-Sovet məkanında da xeyli sürətlə yayılmaqdadır bu infksiya və onun mənfi nəticələrimi biz müşahidə edirik. Yəni bütüb bunlara baxmayaraq, Azərbaycan hökuməti həm səhiyyə sistemində, həm dövlət qurumlarının mexanizmlərinin hərəkətə gətirilməsində, eyni zamanda sosial paketin həyata keçirilməsi, sosial dəstəyin insanlara göstərilməsi ilə bağlı verilən qərarlarda çox böyük bir çeviklik göstərildi və fraktiki olaraq bu sosial paketdən ölkəmizdə yaşayan əhalinin təqribən yarısı faydalanmaqdadır. Bu gün 600 mindən çox insana məvacibin verilməsi, vəsaitlərin verilməsi, birdəfəlik yardımların verilməsi həyata keçirilir. İşləməyən insanlara bu və ya başqa şəkildə dəstəklər göstərilir. Ölkə rəhbərinin çağırışına dəstək olaraq pandeya ilə mübarizə fonduna insanlar özləri də vəsaitlər köçürürlər. Eyni zamanda insanlar özləri də bir-birlərinə dəstək göstərirlər. Yəni, yardımlar edirlər, bu xeyirxah işə qoşulurlar ki, bunu biz hər an hiss edirik. Bu həm də kənardan müşahidə olunur bütün bunlar. Ölkəmizdən kəənarda baş verən hadisələr biz müşahidə etdiyimiz kimi, bizim ölkəni də kənardan müşahidə edirlər və bizim ölkədə görülən işlər təbii ki, həm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, həm də bir sıra ölkələrin rəhbərlikləri tərəfindən verilən mesajlardan görünür ki, kifayət qədər dəstəklənir və yüksək qiymətləndirilir. Bu günlərdə Viktor Salavyovun, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun mesajını mən dilə gətirərdim ki, hər şey çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, ölkəmizdə həm Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban xanım Əliyevanın sosial sahədə gördüyü işərin kifayət qədər ciddi əks-sədası və həm ölkə vətəndaşları tərəfindən dəstəklənir, həm də beynəlxalq ictimaiyyət tərəfindən.

Ümumiyyətlə, Azərbaycan hökumətinin siyasəti sosial yönümlüdür. Son iki ildən çoxdur ki, sosial sahədə çox böyük islahatlar həyata keçirilib. Çox böyük islahatlardı və mən deyərdim ki, bu inqlabi islahatlardır. Həm əməkhaqqının artırılması ilə bağlı, həm pensiyanın artırılması ilə bağlı, həm məşğulluq sahəsində həyata keçirilən proqramlar və deyək ki, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin mənzil təminatı ilə bağlı, veteranların, əlillərin təminatə ilə bağılı bu istiqamətdə kifayət qədər ciddi işlər görülür. Pandemiya dövründə də təbii ki, bu istiqamətdə görülən işlər ikiqat artırılıbdır və vətəndaş da sözsüz ki, bu qayğını aydın şəkildə bir daha hiss eləyir. Aydın məsələdir ki, Cənab Prezidentə ünvanlanan minnətdarlıq məktubları bu qayğının, sosial siyasətin təzahürüddür ki, bunu da bütün ictimaiyyət görür”, deyə Umud Rəhimoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə