Koronavirus pandemiyasının yaratdığı böhranla mübarizə aparmaq üçün Avropaya daha öncədən planlaşdırılan maliyyədən üç dəfə daha artığı lazım olacaq. SİA xəbər verir ki, Avropa İttifaqının (Aİ) iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloninin bu fikirlərini Reuters agentliyi yayıb.
Onun sözlərinə görə, hazırda 500 milyard avroluq yardıma baxılır, lakin səhiyyənin və biznesin dəstəyi üçün həmin məbləğ yetərli deyil. Belə ki, sözügedən tələbatlar üçün minimum daha trilyon avro lazımdır.
Maraqlıdır ki, bu qədər məbləğ barədə İspaniya hökuməti də danışır. Aprelin 23-də isə bu ölkə Aİ-dəki partnyorlarına rəsmi şəkildə müraciət etməyi planlaşdırır. Müraciətin məqsədi 1,5 trilyonluq avro fondunun yaradılması və ölkələrə yardımın göstərilməsidir. Fondun maliyyələşməsini 27 Aİ üzvü olan ölkələrin səhmlərinin vasitəsi ilə təklif edirlər. Koronavirusdan zərər çəkən ölkələrə pullar geri qaytarılmayacaq şəkildə göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB