"Azərbaycanın təcrübəsi ciddi şəkildə öyrənilməkdədir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan dövlətinin indiki şəraitdə xüsusən də zəif təminatı olan vətəndaşlara daha çox qayğı göstərməsi təqdirolunandır. Həqiqətən də bu gün elə bir şərait yaradılıb ki, ən az təminatı olan insanlar (istər maddi, istərsə də xeyriyyəçi insanların dəstəyi baxımından, eləcə də dövlətinin özünün tətbiq etdiyi addımlar baxımından) diqqətdən kənarda qalmasın. Bu mənada çox təqdirlayiq işlər görülür". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
"Düşünürəm ki, indiki şəraitdə Azərbaycan dövləti bir çox dövlətlər üçün örnək ola biləcək davranış sərgiləyir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları da ölkə Prezidentinə təşəkkür edirlər. Hətta Sosial Tədqiqatların Təhlili Mərkəzinin bu günlərdə keçirdiyi sorğuda cənab Prezidentə etimad 94,5 faizə qədər yüksəlib. Təbii ki, bunun özü də çox şeydən xəbər verir. Düşünürəm ki, bəzi qüsurları nəzərə almasaq ümumilikdə aparılan siyasət mütləq şəkildə vətəndaşların böyük əksəriyyətinin təqdirini qazanır. Əlbəttə ki, heç kimin gözləmədiyi bir şəraitdə biz belə bir durumla qarşılaşmışıq. Qüsurlar da mütləq olmalı idi. Çünki heç kimin proqnozlaşdırmadığı və heç bir dövlətin hazırlaşmadığı bir vəziyyətə düşmüşük. Bütün dünya qəfil belə yaxalanmaya məruz qalıb. Lakin Azərbaycan dövləti həmin qüsurların da aradan qaldırılması üçün çox operativ tədbirlər görür. Düşünürəm ki, dövlətimizin bu kampaniya dövründə toplayacağı təcrübə başqa ölkələr tərəfindən də ciddi şəkildə öyrənilməkdədir və bundan sonrakı çətin vəziyyətlərdə də işimizə çox yarıyacaq”-deyə, A.Həsrət fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB