Əli Kərimliyə “cəbhəbaşı” ayaması boş yerə qoyulmayıb TƏRS BAXIŞ+FOTOLAR
Yaxud, onun “mama rozalarının” öyrənəcəkləri çox şeyləri var...
AXCP sədri Əli Kərimlinin istənilən vəziyyəti öz bəlli məqsədləri naminə, hətta həyasızcasına “siyasiləşdirmək” bacarığına söz ola bilməz. Amma bu bacarığın illah da ki, heç bir səmərəsi-filanı ələlxüsus yoxdur. Çünki onun hədəfi onsuz da hər kəsə kifayət qədər bəllidir – müxtəlif hadisələr fonunda sərgilənən cəhdlər isə əlbəttə ki, nəticəsiz qalır, o cümlədən ictimai rəydə istehzanın yaranmasına səbəb olur...
Burada hər hansı siyasi məqsəd, yaxud digər bu kimi məsələlərdən ümumiyyətlə danışmağa dəyməz
Məsələ isə ondadır ki, “cəbhəbaşı” son vaxtlardakı siyasi həyasızlığnı məlum kornavirus üzərində qurmağa çalışır. Daha dəqiq desək, ölkədə kimliyindən, hər hansı siyasi baxşından asılı olmayan vətəndaşlar ciddi karantin rejimi vəziyyətində tətbiq edilən qaydalara əməl etməlidirlər. Bu hal yalnız bizim ölkəmizdə deyil, eləcə də digər ölkələrdə də yaşanır. Məqsəd, infeksiyaya yoluxmaların sayını azaltmaq, insanların sağlamlıqlarını qorumaq və virusa qarşı mübarizədən qalib çıxmaqdır. Hətta bir sıra Qərb ölkələrində belə, karantin rejiminə etiraz edənlər küçələrdə hökumətlərinə qarşı çıxırlarsa, onlar müvafiq cəzalarını alırlar. Yəni burada hər hansı siyasi məqsəd, yaxud digər bu kimi məsələlərdən ümumiyyətlə danışmağa dəyməz. Amma “cəbhəbaşı” Kərimli nə etdi..?
Qənimət Zahid Fransadan, Sevinc Osmanqızı ABŞ-dan “cəbhəbaşılarının” özünü “ülgücləməsindən” feyzə gələrək, bu istiqamətdə “tezislərini” icra etməyə başladılar
Dərhal AXCP və “Milli Şura”dakı siyasi həyasızlıq üzrə həmkarlarına tapşırıq verdi ki, bəs qoymayın, amandı, hökumət müxalifəti karantin rejimində sıxışdırıb, fəaliyyətinə imkan vermir və s. Qənimət Zahid Fransadan, Sevinc Osmanqızı ABŞ-dan “cəbhəbaşılarının” özünü “ülgücləməsindən” feyzə gələrək, bu istiqamətdə “tezislərini” icra etməyə başladılar. Sosial şəbəkələrdəki trolları da nəmxuda dərhal başladılar insanları küçələrə çıxmağa, karantin rejimini pozmağa yönəlik çağırışar etməyə. Düzdür, “cəbhəbaşı” Kərimli vəziyyətin heç də onun xeyrinə olmadığını dərk edəndən sonra “tüpürdüyünü yaladı”, üstəlik, karantin rejiminə əməl etməyin vacibliyi barədə danışdı. Amma onun bu məsələdəki səmimiyyətinə inanmaq itin miyoldamasına, pişiyin isə hürməsinə inanmaq kimi anlaşıla bilər.
Əslində, Əli Kərimliyə imkan verilsə o bütün ölkə vətəndaşlarını “partiyasının üzvü” və “koronavirus məhbusu” kimi təqdim edər
Fəqət, bu planının baş tutmadığını görən “cəbhəbaşı” dərhal keçdi “b” planına – yəni iddia irəli sürdü ki, karantin rejimini pozduqları iddia edilənlər, həbs və pul cəzası kəsilənlər demə AXCP və “Milli Şura” üzvləriymişlər, üstəlik onlara “siyasi məhbus”, “vicdan məhbusu” adı qalsın bir yana, yeni status da verilib – “koronavirus məhbusu” (?!-R.R.) Əslində, Ə.Kərimliyə imkan verilsə o bütün ölkə vətəndaşlarını “partiyasının üzvü” və “koronavirus məhbusu” kimi təqdim edər, ancaq bu imkan ona heç vaxt verilə bilməz. Atalarımız demişkən, Allah bilir nəyə görə dəvəyə qanad vermədiyini...
Beləliklə, “cəbhəbaşının” iddiaları bitib-tükənmir və “b” planının da işləmədiyini, ictimaiyyətə təsirsiz olduğunu gördükdən sonra keçir “c” planına – özü ətrafında süni ajiotaj yaratmağa.
Bu kimi iddialara ürəkbulandırıcılıq və düşüklüyün ən son nöqtəsi desək, yanılmarıq
Demək, bütün ölkə karantin rejimində olduğu üçün, internetdən istifadə halında istər-istəməz, daha dəqiq desək, texniki səbəblərdən müəyyən yükləmələr olur, amma buna baxmayaraq, şəbəkələr işləyir və insanların internet tələbatları təmin olunur. Ə.Kərimi isə dərhal bu vəziyyətdən istifadə edərək deyir ki, o “ev dustağı” olması ilə yanaşı, həm də internet sarıdan “blokadaya” alınıb və s. Gülüncdür deyilmi, əziz oxucular? Ə.Kərimli “cəbhəbaşılığından” maksimum şəkildə istifadə edərək, “özünüülgücləmə” vasitəsini “inkişaf etdirir”. Hələ bu harasıdır? Onun “Milli Şura”dakı söz dəlləyi Gültəkin Hacıbəyli də bu yandan yazır ki, “Əli Kərimli konslagerdədir” (???!!!-R.R.) Həqiqətən də, bu kimi iddialara ürəkbulandırıcılıq və düşüklüyün ən son nöqtəsi desək, yanılmarıq.
Bəlkə çox sevdiyi “ruporla” balkondan-balkona bağırıb, bu vasitə ilə fikirlərini çatdırıb..?
Sual yaranır ki, əcəba, “cəbhəbaşı” və ətrafı onu bu qədər “əzabkeş”, “konslager dustağı” kimi ictimai rəyə sırıyırsa, onda Kərimlinin Facebook səhifəsindəki postlar necə olur ki, əvvəlkindən daha sürətli yenilənir? Əslində “cəbhəbaşı” Kərimlinin FB səhifəsin guya “admin qrupu” adından dərc edilir. Lakin bir jurnalist, uzun illərdir ki, imzaları tanıyan şəxs dərhal aşkar edir ki, postlar, rəyrər bilavasitə AXCP sədrinin üslubu və imzasıdır!
Nəticədə məlum olur ki, demə AXCP sədri, “cəbhəbaşılıq” edən Ə.Kərimli “admin qrupu” variantını ona görə ortaya atıb ki, guya onun internetə çıxışı “dayanıb” və bu səbəbdən də “çıxış yolunu” bunda görüb. Lap dəqiq desək, Ə.Kərimlinin internet bağlantısı “kəsilibsə” onda o “amin qrupu” ilə əlaqəni, yəni yazdıqlarını nə ilə göndərib? Bəlkə çox sevdiyi “ruporla” balkondan-balkona bağırıb, bu vasitə ilə fikirlərini çatdırıb..?
Bəs “cəbhəbaşılıq” edən Kərimli siyasi “mama rozaların” - Sevinc Osmanqızının, Qənimət Zahidin və sairlərin canlı yayımlarına necə qatılır?
Bu sualların cavabı bəsitdir – Ə.Kərimliyə elə-belə “cəbhəbaşı” ayaması qoyulmayıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB