AMİP İctimai Palatanı yarı yolda qoydu

AMİP İctimai Palatanı yarı yolda qoydu

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir neçə partiyanın təmsil olunduğu İctimai Palatanı tərk edib. SİA-nın məlumatına görə, bu barədə qərar partiya Siyasi Şurasının bu gün keçirilən iclasında verilib. Siyasi Şurada bununla bağlı bəyanat da qəbul olunub.

 

Qeyd edək ki, AMİP Mərkəzi Şurasının sədri Adnan Novruzov iclasdan əvvəl mətbuata verdiyi açıqlamasında İctimai Palatanı tərk edə biləcəklərinə eyham vurub. O, bildirib ki, İctimai Palatada təmsil olunan Müsavat Partiyası ilə AXCP liderlərinin şəxsi ambisiyaları AMİP-in orada normal fəaliyyət göstərməsinə imkan verməyəcək. Qurumun qarşısına qoyduğu məqsədlərə çatması üçün səmimi münasibətlər, qarşılıqlı inam, etibara ehtiyac olduğunu deyən partiya funksioneri bunların heç birinin olmadığını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə