Neftçalada məktəb və uşaq bağçası inşa olunur - FOTO

Neftçalada məktəb və uşaq bağçası inşa olunur - FOTO

Neftçalada dövlət hesabına məktəb və uşaq bağçası inşa olunur. SİA-nın Aran bürosuna Neftçala rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Astanlı kəndində 220 şagirdlik ikimərtəbəli tam orta məktəb və Mayakda isə 20 nəfərlik uşaq bağçası inşa olunur. Neftçalada 53 təhsil müəssəsi fəaliyyət göstərir. Bu məktəblərdən 5-i yenidən tikilib, 2 məktəb isə əsaslı təmir olunub.

Hazırda qəzalı vəziyyətdə olan 3 məktəbin və 2 uşaq bağçasının tikilməsinə ehtiyac var. Bunlardan Xıllı qəsəbəsində, Qaralı və Xəzər kəndlərində tam orta məktəblər, Yeni kənddə və Xıllı qəsəbəsində körpələr evi, uşaq bağçasıdır. Neftçala məktəblərində təhsil alan şagirdlər çətin şəraitdə oxumalarına baxmayaraq uğurlu nəticələr əldə etməkdədirlər. Təkcə bu il respublika fənn olimpiyadasında imkansız ailədən olan 9-cu sinif şagirdi Ələkbərova Əsbər Əfqan qızı tarix fənni üzrə 1-ci yeri tutub. Digər 2 nəfər 3-cü, 2 nəfər isə 4-cü yeri tutub. Təhsil Şöbəsinin uşaq gənclər məktəbinin tələbələri respublika birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə