Azərbaycanın pandemiya ilə mübarizədə qlobal imici necə formalaşır? ÖZƏL - AÇIQLAMA

Azərbaycanın pandemiya ilə mübarizədə qlobal imici necə formalaşır? ÖZƏL - AÇIQLAMA

"Biz ilk olaraq başa düşürük ki, burada dərhal təcili tədbirlər həyata keçirmək lazımdır. Ölkədə bu istiqamətdə görülən işlər Azərbaycana böyük divident qazandırdı". Bu sözlərinə SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, politoloq Fikrət Sadıxov pandemiya ilə mübarizə dövründə Azərbaycanın beynəlxalq aləmdə imicinin necə formalaşdığı məsələsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, dünya ölkələrinin hamısı koronavirus pandemiyası ilə mübarizə aparmağa çalışırlar və bunun hansı dərəcədə təhlükə kəsb etdiyini qavrayırlar: "Dünya ölkələri başa düşür ki, bu çox böyük bir təhlükədir və mütləq şəkildə bu təhlükənin yayılmasının qarşısını almaq lazımdır. Əslində indi beynəlxalq aləmdə çox maraqlı mənzərə yaranıb. Müşahidə edə bilərik ki, dünyanın ən aparıcı dövlətləri müəyyən mənada koronavirus pandemiyası qarşısında acız qalıblar. Koronavirus pandemiyası ilə mübarizədə təbii ki, Azərbaycan qlobal aləmin bir hissəsidir. Lakin, Azərbaycan bu məsələdə müəyyən mənada qabaqdadır".

Azərbaycanın pandemiya ilə mübarizədə qlobal aləmdə imicinin ölkədə atılan addımlarla əlaqələndirən Fikrət Sadıxov vurğulayıb ki, ölkədə bu istiqamətdə görülən işlərin Azərbaycana böyük divident qazandırdığını bildirib: "Ölkədə virusla mübarizədə qabaqlayıcı addımların atılması təbii ki, bizə çox böyük bir divident verdi. Çünki, biz bir dövlət olaraq başa düşürük ki, burada dərhal təcili tədbirlər həyata keçirmək lazımdır. Həm tibbi sahədə görülən işlər, həm sərhədlərin dərhal bağlanması, həm də insanlara maddi dəstəyin göstərilməsi istiqamətində atılan addımlar öz faydasını verdi və ölkədə həm virusa yoluxanlarımızın, həm də dünyasını dəyişən insanlarımızın sayı digər ölkələrlə müqayisədə xeyli azdır. Əlbəttə ki, bu Azərbaycanın üstünlüyüdür. Çünki, bu qabaqlayıcı addımlar belə bir müsbət nəticələlərə gətirib çıxardı".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə