İngilis ordusunun hesabatı: “Robotlar müharibələri insanlardan təhvil alır”
İngiltərə Müdafiə Nazirliyi tərəfindən hazırlanan bir hesabat çox yaxın bir gələcəkdə robotların müharibələrdə oynayacağı rola aydınlıq gətirir. SİA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda robotların insanları əvəz edəcəyi bildirilir. Pilotsuz təyyarələrin əxlaqi və qanuni problemlər yaratdığı qeyd olunan hesabatda "1984-cü il istehsalı "Terminator" filmindəki səhnələrə doğru könülsüz şəkildə edilən səfərin sürətləndiyi" ifadə edilib.
Hesabatda "Pakistan və Yəməndə pilotsuz təyyarələrdən istifadə edilməsinin yeni bir dövrünün başlaya biləcəyi" vurğulanıb. İngiltərə Müdafiə Nazirliyinin İnkişaflar və Doktrina Mərkəzi tərəfindən hazırlanan hesabat eyni zamanda müharibə zonasından minlərlə kilometr kənarda kəşfiyyat təyyarələrinə nəzarət edən adamın da qanuniliyini sorğulanır. Hesabatda həmin insanların müəyyən bir uzaqlıqdan döyüşə qatılmasının onların psixologiyasına necə təsir etdiyi təhlil edilir.
Pakistan keçən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən kəşfiyyat təyyarələri ilə sərhəd bölgəsində aparılan əməliyyatların dayandırmasını tələb etmişdi. İngiltərə baş naziri David Kameron dekabr ayında verdiyi açıqlamasında İngiltərəyə aid kəşfiyyat təyyarələrin 2008-ci ilin iyun ayından Əfqanıstanda 124 talibançının öldürdüyünü söyləyib. Kameron kəşfiyyat təyyarələri "günümüzün müharibələri üçün ehtiyac duyulan müasir silahların nümunəsi" kimi xarakterizə edib. "Reaper" adını daşıyan ingilis pilotsuz təyyayələri bu günə qədər Əfqanıstana 167 raket və bomba atıb.
İngiltərə ABŞ-ın "General Atomics Aeronautical Systems" şirkəti tərəfindən istehsal olunan "Reaper" pilotsuz təyyarələrindən istifadə edir. Dörd "Hellfire" raketi iki ədəd 230 kiloqramlıq bomba və 12 ədəd "Paveway II" idarə olunan raket daşıyan təyyarələr 18 saat havada qala bilir. Təyyarələrin uçuş məsafəsi 5800 kilometrdir.
"Reaper"lər İngiltərə Kral Hava Qüvvələrinin ABŞ-ın Nevada ştatındakı hərbi bazadan idarə olunur. Kameron 2011-ci ilin əvvəlində Əfqanıstandakı "Reaper" sayını 4-dən 9-a çatdırmağa söz vermişdi. İngiltərə Müdafiə Nazirliyi uzun mənzilli "Taranis" pilotsuz təyyarələrinin dizaynı üçün "BAE Systems" şirkətinə kömək edir. İngilis şirkət "Taranis"i qitələrarası reaktiv sürətilə uca biləcək şəkildə hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB